Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (seyrək, addabudda) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993998200919892009↘3911↗2024↘1887

Tanınmış şəxsləri Aşıq Zülfiyyə (1970–) — İfaçı, aşıq. Məhərrəm Qasımlı (1958–) — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli (1942–2022) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor. Valeh Arifoğlu — Fotoqraf, fotojurnalist.

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Alakol kənd kitabxana filialı, Alakol kənd Mədəniyyət Evi, Alakol kənd klubu, Alakol poçt şöbəsi (AZ6012) fəaliyyət göstərir.

Təhsil thumb|Alakol kənd orta məktəbi Kənddə Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbi və Alakol kənd 1№-li tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Alakol kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Alakol həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Alakol kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri Kateqoriya:Alakol