Mahmudqışlaq — Azərbaycan Respublikasının Quba rayonununb Zərqava kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Mahmudqışlaq oyk., miir. Dağətəyi ərazidədir. Tam adı Molla Malımudqışlaq olmuş, sonralar dini rütbə bildirən molla sözü oykonimin tərkibindən düşmüşdür. Yaşayış məntəqəsi XIX əsrin ortalarında İsnov kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Molla Mahmud qışlağın əsasım qoymuş adamın adıdır. Oykonim “Mahmudun qışlağı”, “Mahmuda məxsus qışlaq” məna¬sındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 82 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri