Xarizma Li Karpenter (23 iyul 1970, ) — Amerikalı aktrisa.
Həyatı Xarizma Karpenter 23 iyul 1970-ci ildə Amerikada, Las-Veqasda anadan olub. Valideynləri onun adını "Avon" brendinə aid "Charisma" ətrinin adından götürüblər. Uşaqlıqda aktrisa adına görə həmyaşıdları arasında xəcalət çəkirmiş və hamıya özünü Krissi kimi təqdim edirmiş. Onun sözlərinə görə, məhz belə ekzotik ad daşıdığına və bununla barışmaq istəmədiyinə görə o, daim xoşagəlməz durumlara düşürmüş. Atasının maşınını qaçırması isə şıltaqlığının son həddi idi. Aldığı pis qiymətlərə baxmayaraq, Xarizma məktəbdə yerli komandaya dəstək qrupunun lideri idi və olduqca fəallıq göstərirdi. 15 yaşı olanda ailəsi əvvəl Meksikaya, sonra isə San-Diyeqoya köç edib.
Karyerası left|thumb|Xarizma Karpenter, 2005, Comic-Con|199x199px San-Diyeqoda o, Sənət Məktəbini bitirib. Gözəllik müsabiqəsində iştirak edən Xarizma birinciliyə nail olub. Ancaq gözəl olması onun yeganə üstün cəhəti deyildi. Hollivuda üz tutmazdan əvvəl o, yaxşı təhsil almaq istəyirdi. Kollec üçün pul əldə etmək məqsədilə isə satıcılıq və ofisiantlıq etmək lazım gəldi. Ancaq bir reklam agentinin ona rast gəlməsi ilə Xarizmanın karyerası start götürdü. O, iyirmidən çox reklam çarxına çəkildi və televiziya onun karyerasının məntiqi davamı oldu. Artıq ilk reklam çarxından sonra Xarizma dram kurslarına yazılmışdı. Bu uzun yol yeni şoulardan birində məktəb kraliçası rolunu oynamaqla başladı. "Malibu sahilləri", "Baffi" və "Mələk" serialları onun ilk işləri arasında yer alırdı. Aktrisa daha "Baffi" serialındakı kimi zərərverici bir qız obrazını yaratmaq istəmir.
Hazırda o, Los-Ancelesdə yaşayır. Boş vaxtlarında aktrisa alpinizm, piyada turizmi, suaytullanma və atçılıqla məşğul olmaqla yanaşı, həm də Meksika mətbəxinə aid xörəklər hazırlamağı sevir. Xarizma Karpenter romantik məzmunlu şeirlər də yazır. Sevimli rəngi sarı olan aktrisanın ən xoşladığı film "Göyərçin qanadları", ən sevdiyi musiqi qrupu isə "Rolling Stones" qrupudur.
Filmoqrafiyası İl Film Rolu Qeydlər 1995–1996 Coş Kirbi… Zamanın cəngavəri! Bef Sullivan 3 film seriya, Direct to video 2001 Oğlanlar nəyi xoşlayır Kim Released in Europe as The Groomsmen 2003 Bax, Ceyn Deyt Jane Grant ABC Family Original Movie 2005 Cadugər ay Heather IDT Entertainment 2006 Təhlükə ilə flirt Laura Klifford Lifetime Movie 2006 Fırıldaqçının klubu Linda Stern Lifetime Movie 2006 Nisbi xaos Katerin ABC Family Original Movie 2009 Bonsların evi Heather Vilkinson Syfy Channel Original Movie 2009 Psixoz (formerly Vivid) Suzan Karter Red Sparrow's first film 2010 Qabağıalınmazlar Lacy Lionsgate Films 2011 Murdarça yeri Hannah Robinson Currently filming in Canada 2011 İnsan amili Lori Stoltz Michael Madsen's directorial debut, filming set to begin January 2011 2011Qabağıalınmazlar 2
İstinadlar == Xarici keçidlər == Charisma-Carpenter.com Charisma-Carpenter.org
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Las-Veqasda doğulanlar Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Almanəsilli amerikalılar