Sultanov Əzəl Cəfər oğlu ()— geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki, tanınmış Sultanovlar nəslinin nümayəndəsi.

Həyatı Sultanov Əzəl Cəfər oğlu Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1930-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) bitirmişdir. 1934-cü ildə Azərbaycanın geoloji bürosuna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə "Naftalanın akçaqıl çöküntülərinin litologiyası" mövzusunda namizədlik, 1944-cü ildə isə "Azərbaycanın məhsuldar qatının litologiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, akçaqılın əmələ gəlməsini dərinlik hərəkətləri intensivliyinin artması ilə əlaqələndirmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və "Çökmə süxurların petroqrafiyası" kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir.

Təhsili 1930-cu ildə mühən­dis-geoloq ixti­sa­sı üzrə Azərbaycan Politexnik İnstitutunu bitirib.Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1986. — IX  cild. — Səhifələrin sayı:  623. — Səh.: 71. — 80.000 nüsx.

1935-ci ildə Mos­kva Neft İnstitutunun aspi­ran­turasına daxil olub.

Əmək fəaliyyəti 1930 – 1934-cü illərdə Zaqafqaziya geoloji tres­tində geoloji-kəşfiyyat dəstələrinin rəisi vəzifəsində işləyib.

1934-cü ildə Azər­baycan geoloji bürosunun rəisi vəzifəsinə təyin olunub.

1939 – 1945-ci illərdə SSRİ EA Azərbaycan filialının Geologiya İnstitutunda baş elmi işçi,

1945 – 1949-cu və 1958 – 1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru,

1952 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin elm üzrə prorektoru və Çökmə süxurların petroqrafiyası kafed­rasının müdiri,

1954 – 1955-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Rə­ya­sət Heyəti yanında Məhsuldar Qüvvələri Öyrənən Şuranın sədri olub. Ailəsi thumb|Qardaşı Əhədxan SultanovBöyük qardaşı Əhədxan Sultanov Cəfər bəy oğlu 1930-cu ildəki Şəki üsyanının başçılarından biri olub. Üsyandan sonra tutularaq şəhid edilib.

Elmi fəaliyyəti Sultanov A.C. neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alimdir. Çökmə və vulkanogen-çökmə süxurların və eləcə də paleozoydan tutmuş antropogenə qədər müxtəlif yaşlı çöküntülərin litofasial tərkibinin tədqiqatları ilə məşğul olmuş, onların korrelyasiyası, əmələgəlməsi üzrə tədqiqatlar aparmış və onların fasiyasını və paleocoğrafi şəraitlərini müəyyən etmişdir. O, ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-tsiklik qanunauyğunluğunu müəyyən etmişdir.

Litoloqların Azərbaycan məktəbinin yaradıcılarındandır. Çox sayda elmlər namizədi və doktorları hazırlamışdır. 300-dən artıq elmi işin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. Elmi fəaliyyətinə görə SSRİ-nin orden və medalları ilə təlrif edilmişdir.

1990-cı ildə, 85 yaşında Bakıda vəfat edib.

Təltif və mükafatları

Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, bir neçə dəfə; “Qırmızı Əmək Bayrağı” ordeni; medallarMəmmədov Ə., Xalıqov F. Sultanov Əzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 509-510. — 1.000 nüsx.

Xatirəsi 27 dekabr 2005-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

İstinadlar Kateqoriya:Professorlar Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:AMEA-nın həqiqi üzvləri

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycanlı geoloqlar