Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun Telavar kənd inzibati ərazi dairəsində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal–hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.

Adın kökü Coğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

İqtisadiyyat Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur.

Tarix Keçmişdə Şovut kəndi də Telavarın parçası idi

1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələri idi.

1970-ci illərdə, Şovut Azərbaycan SSR-nin, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxil idi.

Telavar kəndinin ətrafındakı relyef dağlıqdır. Ən yaxın böyük yaşayış məntəqəsi Telavardan 14,1 km cənub–qərbdə yerləşən rayon mərkəzi Yardımlı şəhəridir.

Tanınmış şəxsiyyətlər Bəhruz Mənsurov (1975–1995) — Azərbaycan Milli Qəhrəmanı.

Mirmahmud Mirəlioğlu (1956–) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı;İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Klassik Xalq Cəbhəsi Partiyasının sədri.

İdris Babayev (1962–) — Şair, 3 kitab müəllifi. ("Döndər məni daşa Vətən", "Bəxtsiz qonağıyam mən bu cahanın", "Yaşadacaq sözüm məni").

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri