Zəngələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun Vərov kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Yardımlı rayonunun Zəngələ kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Oykonim Zəngənə adlı bir tayfanı əks etdirir. Məmməd Həsən Vəliyevin sözlərinə görə, XIV əsrdə Hulaku hökmdarlar ilə Zəngənə tayfası Türküstandan İrana göçürülüb gəlmişdi. Və bu tayfa orta əsrlərdə qızılbaşlara qoşulmuşdur. Bir müddət keçəndən sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda, Gürcüstanda və Ermənistanda ərazi ayırmışdır.
Zəngələ sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan biri zəngənə adlı tayfa ilə bağlıdır. Digər iki fərziyyəyə görə kəndin adı talış dilindən zənqulə (sırsıra) və ya zənqələ (balıqqulağı) sözləri ilə əlaqələndirir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir.
İqtisadiyyatı Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yardımlı rayonunun kəndləri