Əsləb dağı — Səudiyyə Ərəbistanında, Mədinə vilayətinin şimalında, Mədain Salehin şimal-şərqində yerləşən dağdır.

Bu dağ "əs-Siq" adlandırılan yarığın içərisinə həkk olunmuş yazıları, məbədləri və mehrabları ilə şöhrət qazanmışdır. Dağın çatında yerləşən və "Divan" adlandırılan böyük açıq zal (məbəd olduğu ehtimal edilir) onun ən diqqətçəkən hissəsidir.

Etimologiyası Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu Əsləb adını "qumla əhatə olunmuş tənha yayla" kimi səciyyələndirir və cəmdə "əsəlib" adlandırır. Səudiyyə Ərəbistanının şimalında Mədain Saleh yaylaları və dağları Əsləb adlanır. Bunlar hərəsi özbaşına ucalan, qumlarla əhatə olunmuş tənha yaylalardır.

İstinadlar

Kateqoriya:Səudiyyə Ərəbistanı dağları