Elaqabal, həmçinin Yelaqabal və ya Helioqabal — qərbi sami və Roma mifologiyasında günəş və bərəkət tanrısı.
Roma imperiyasında bu tanrının keşiçisi olmuş imperator Helioqabalın hakimiyyəti dövründə Roma panteonunun ali tanrısı kimi ehtiram görmüşdür. Adın müxtəlif variantlarının mövcud olmasına baxmayaraq, imperator Helioqabalın hakimiyyəti dövründən, yəni b.e. 218-ci ilindən etibarən Roma sikkələrində və yazılarında tanrı ardıcıl olaraq Elaqabal adlandırılmışdır.
Kult Elaqabal əvvəlcə Suriyanın Emesa şəhərində ehtiram görmüşdür və burada onun kahinləri ərəb Samsigeramidlər sülhəsinin nümayəndələri olmuşdular. Elaqabal adı ərəb dilində "Dağın tanrısı" mənasını verən və tanrının emesalı təzahürü olan "İlahwl-Cəbəl" (إله الجبل) ifadəsinin latınlaşdırılmış formasıdır. Elaqabal Emesanın dini "hökmdarı" və ya baalı olmuşdur. Bu ilah həm adlarında, həm də təsəvvürlərdə ərəb xüsusiyyətlərini qoruyub saxlamışdır.
II əsrdə tanrının kultu Roma imperiyasının digər bölgələrinə yayılmış, yunanlar arasında Elaqabalos (Ἐλαγάβαλος), romalılar arasında isə Elaqabalus kimi ehtiram görməyə başlamışdır. Misal üçün, bu tanrıya həsr olunmuş ithaf yazısı müasir Niderland ərazisində yerləşən Vurdenə qədər olan bölgədə aşkar edilmişdir.
İstinadlar
Kateqoriya:Finikiya mifologiyası Kateqoriya:Günəş tanrıları Kateqoriya:Qədim Suriya Kateqoriya:Roma tanrıları Kateqoriya:Suriya tarixi Kateqoriya:Suriyada din Kateqoriya:Teologiya Kateqoriya:Ərəb mifologiyasının tanrıları