Meranyalı Aqnessa (; ) — Meranya hersoqu Bertoldun qızı, Fransa kraliçası.
1196-cı ilin iyununda Fransa kralı II Filipplə evləndirildi. Ancaq kralın öncəki evliliyi rəsmi şəkildə bitmədiyi üçün papa III İnnokenti tərəfindən bu evlilik tanınmadı. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Mariya (1198-1224) Filipp (1200-1235)
Nəhayət, 1200-cü ildə papanın kralı aforoz etməsinin ardından kral bu evlilikdən imtina etməyə və ilk xanımı Danimarkalı İngeborqa kraliça ünvanını geri verməyə məcbur oldu. bu tarixdəne tibarən Aqnessanın həyatıyla bağlı məlumat yoxdur. Ancaq ertəsi il, ehtimal ki doğum əsnasında vəfat etdiyi bilinir.
Kralla baş tutan evliliyi Roma-Katolik kilsəsi tərəfindən tanınmasa da, ölümünün ardından papa III İnnokent doğulan övladlarını kralın leqal övladları kimi tanıdı.
Mənbə
Ədəbiyyat
Kateqoriya:XII əsr şəxsləri Kateqoriya:XIII əsr Fransa şəxsləri Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:Kapetlər sülaləsi Kateqoriya:Almanlar