Pella () — e.ə. 400-cü ildən e.ə. 168-ci ildə Roma tərəfindən fəth edilənə qədər qədim Makedoniyanın paytaxtı. Makedoniyalı İsgəndərin doğulduğu yerdir.

Arxeologiya Dövrümüzdə Pellanın mövcudluğunu yalnız kiçik Ayi-Apostoli şəhəri yaxınlığındakı antik xarabalıqlar xatırladırdı, lakin buranın məhz Böyük İsgəndərin doğulduğu yer olduğuna dair qəti əminlik yox idi. 1926-cı ildə qədim şəhərin xarabalıqlarından 1 kilometr, Salonikidən isə 40 kilometr şimal-qərbdə yerləşən Ayi-Apostoli adını dəyişərək Pela adlandırılmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Qədim Makedoniya Kateqoriya:Keçmiş paytaxtlar