I Areta (; }}, ; , ) — məlum olan ilk Nəbati hökmdarı. Onun adı Halutsada tapılmış və e.ə. 168-ci ilə aid edilən ən qədim Nəbati yazısında həkk olunmuşdur. Həmçinin onun adına İkinci Makkaveylər kitabında da (5:8) rast gəlinir. Həmin mənbədə Qüdsdə yunan məhəlləsinin əsasını qoyan İsrailin baş kahini İasonun "qəsd xəcaləti" səbəbilə Qüdsü tərk etməyə məcbur qaldıqdan sonra I Areta tərəfindən həbsdə saxlanılması barədə əmr verildiyi bildirilir. İason daha sonra spartalılara məktub yazdıqdan sonra Misirdə məskunlaşmışdır. Hərfi mənası "yığan, təmin edən, şumçu, əkinçi" mənalarını verən bu adın ərəb dilindəki transkripsiyası Haris kimi ifadə olunur.

İstinadlar

Kateqoriya:Nəbati hökmdarları