I Bernhard (; ) — Saksen-Mayninqen hersoqu.
Həyatı 10 sentyabr 1649-cu ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota və Saksen-Altenburq hersoqu I Ernest, anası isə Saksen-Altenburq hersoqu İohann Filippin qızı Yelizaveta Sofiyadır.
1675-ci ildə atasının vəfatının ardından yaşca böük qardaşı Frederik onun taxt-tacına sahibləndi. Ancaq saray ənənəsinə görə, digər 6 kiçik qardaşı da dövlət idarəsində iştirak etməli idi. İlk başda qardaşlarını uzaq tutmaq istəsə də, qardaşlar arasında yaranan ziddiyət səbəbilə ata mülkünü bölməyə qərar verdilər. 24 fevral 1680-ci ildə imzalanan şərtnaməyə görə, ata mülkü aşağıdakı formada parçalandı.
Frederik (Saksen-Qota-Altenburqda) Albert (Saksen-Koburqda) Bernhard (Saksen-Mayninqendə) Henri (Saksen-Römhilddə) Kristian (Saksen-Eisenberqdə) Ernest (Saksen-Hildburqhauzendə) İohann Ernest (Saksen-Koburq-Zaafelddə)
Ailəsi 20 noyabr 1671-ci ildə Hessen-Darmştadt landqrafı II Georqun qızı Mariya Hedviqlə evləndi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.
I Ernest Lüdviq (1672-1724) Bernhard (1673-1694) İohann Ernest (1674-1675) Mariya Yelizaveta (1676), yaşı tamam olmadan öldü. İohann Georq (1677-1678) Fridrix Vilhelm (1679-1746) Georq Ernest (1680-1699)
Xanımının səhhəti sonuncu doğuşundan sonra pozuldu və cəmi 1 ay sonra 1680-ci ilin aprelində vəfat etdi. 25 yanvar 1681-ci ildə Braunşveyqli Yelizaveta Elyanora ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Yelizaveta Ernestina (1681-1766) Elyanora Frederika (1683-1739) Anton Avqust (1684), yaşı tamam olmadan öldü. Vilhelmina Luiza (1686-1753) Anton Ulrix (1687-1763)
Mənbə
Ədəbiyyat
Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.
Rudolf Armin Human, Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl, Die Herzoge von Sachsen-Altenburg, Bozen, 1917, Neudruck Altenburg, 1992. Johann Samuel Ersch, Allgemeine Encyclopädie der Wissenschaften und Künste, p. 300. (Digitalisat)
İstinadlar
Kateqoriya:Almaniya lüteranları Kateqoriya:XVII əsr zadəganları