Henri (; ) — Saksen-Römhild hersoqu.
Həyatı 19 noyabr 1650-ci ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota və Saksen-Altenburq hersoqu I Ernest, anası isə Saksen-Altenburq hersoqu İohann Filippin qızı Yelizaveta Sofiyadır.
1675-ci ildə atasının vəfatının ardından yaşca böük qardaşı Frederik onun taxt-tacına sahibləndi. Ancaq saray ənənəsinə görə, digər 6 kiçik qardaşı da dövlət idarəsində iştirak etməli idi. İlk başda qardaşlarını uzaq tutmaq istəsə də, qardaşlar arasında yaranan ziddiyət səbəbilə ata mülkünü bölməyə qərar verdilər. 24 fevral 1680-ci ildə imzalanan şərtnaməyə görə, ata mülkü aşağıdakı formada parçalandı.
Frederik (Saksen-Qota-Altenburqda) Albert (Saksen-Koburqda) Bernhard (Saksen-Mayninqendə) Henri (Saksen-Römhilddə) Kristian (Saksen-Eisenberqdə) Ernest (Saksen-Hildburqhauzendə) İohann Ernest (Saksen-Koburq-Zaafelddə)
1 mart 1676-cı ildə Hessen-Darmştadt landqrafı VI Lüdovikin qızı Mariya Yelizaveta ilə evləndi. Dəfələrlə hamilə qalmasına baxmayaraq, cütlüyün yetkinlik yaşına çatan övladı olmadı.
1691-1693-cü illərdə azyaşlı qardaşı oğlu II Frederikin naibi oldu və onun yerinə Saksen-Qota-Altenburq mülkünü idarə etdi.
1710-cu ildə anidən vəfat etdi. Geridə varis qoymadığı üçün mülkü qardaşları və onların övladları arasında bölüşdürüldü.
Mənbə
Ədəbiyyat
Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.
Rudolf Armin Human, Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl, Die Herzoge von Sachsen-Altenburg, Bozen, 1917, Neudruck Altenburg, 1992. Johann Samuel Ersch, Allgemeine Encyclopädie der Wissenschaften und Künste, p. 300. (Digitalisat)
İstinadlar