II Frederik (; ) — Saksen-Qota-Altenburq hersoqu.

Həyatı 28 iyul 1676-cı ildə Qotada dünyaya gəldi. Atası Saksen-Qota-Altenburq hersoqu I Frederik, anası isə onun ilk xanımı Saksen-Vaysenfelsli Maqdalena Sibilyadır. Atasının 1691-ci ildə vəfatından sonra 15 yaşında taxta çıxarıldı. Əmiləri Bernhard və Henri naib olaraq onun adından mülkü idarə etdi. Cəmi 2 il sonra təkbaşına hakimiyyəti ələ aldı.

7 iyun 1696-cı ildə Qotada xalası qızı Maqdalena Avqusta ilə evləndi. Cütlüyün bu nigahdan 19 övladı doğulsa da, bunlardan yalnız doqquzu yetkinlik yaşına çatdı.

Sofiya (1697-1703) III Frederik (1699-1772) Ölü doğulan oğlan uşağı (1700) Vilhelm (1701-1771) Karl Frederik (1702-1703) Ölü doğulan qız uşağı (1703) Con Avqust (1704-1767) Kristian (1705), yaşı tamam olmadan öldü. Kristian Vilhelm (1706-1748) Lüdviq Ernest (1707-1763) Emanuel (1709-1710) Moris (1711-1777) Sofiya (1712), yaşı tamam olmadan öldü. Karl (1714-1715) Frederika (1715-1775) Ölü doğulan oğlan uşağı (1716) Maqdalena Sibilya (1718) Avqusta (1719-1772) İohann Adolf (1721-1799)

Atası uzun illər müharibələrdə vuruşmuşdu və bu səbəblə daimi ordu saxlamaq məqsədilə dövlət xəzinəsini boşaltmışdı. Bu vəziyyətdə II Frederik əmrindəki əsgərləri digər Avropa monarxlarına muzdla satmağa başladı. Fransa kralı XIV Lüdovikin 1702-ci ildə onun ordularını kirayələyərək Müqəddəs Roma imperatoru I Leopolda qarşı döyüşdürməsi, II Frederiklə imperatorun münasibətlərini pislədirdi.

Əmiləri V Albert, Henri və Kristianın vəfatlarının ardından parçalanan Saksen-Koburq, Saksen-Römhild və Saksen-Eisenberq mülklərindən torpaqları da öz idarəsinə aldı və beləcə, ata mülkünü genişləndirdi.

23 mart 1732-ci ildə Altenburqda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Hefter, Marian (2026). Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800). Norm und Struktur 55 (in German). Cologne: Böhlau Verlag. pp. 427–428. ISBN 978-3-412-53491-2 Die Tagebücher 1667-1686 (Publications of the Thuringian State Archives Gotha IV), edited by Roswitha Jacobsen. 3 volumes, Weimar 1998–2003. Der alchemistische Nachlaß Friedrichs I. von Sachsen-Gotha-Altenburg (Quellen und Forschungen zur Alchemie 1), described by Oliver Humberg, Elberfeld 2005.

İstinadlar