thumb|250px|"Bütün ailə xəstədir!.." Svetlyaçok jurnalından illüstrasiya. 1908-ci il.

Rol oyunu — istər real, istərsə də uydurma hər hansı bir hekayədəki digər insanların və ya personajların hərəkətlərinin və münasibətlərinin bərpası (canlandırılması). Rol oyunlarına misal olaraq "analı-qızlı", "mağaza oyunu", "məktəb oyunu" və s. göstərmək mümkündür. Rol oyunu — duyğuları zənginləşdirmək, təcrübə yığmaq, təxəyyülü inkişaf etdirmək, qorxulara qalib gəlmək və kommunikativ bacarıqları təkmilləşdirmək üsuludur.

Özünü hər hansı bir personajla eyniləşdirərək insan yalnız hər hansı bir bacarığı təkmilləşdirmir, həm də emosional gərginliyi aradan qaldırır (məsələn, sirkə gedən uşaq təsirləndiyi təəssüratın xoş bir xatirəyə çevrilməsi üçün böyük ehtimalla bir müddət sirk oyunu oynayacaq). Rolun uydurma olduğunun dərk edilməsinə baxmayaraq, əldə edilən emosional təcrübə tamamilə realdır. Buna görə də rol oyunları psixoterapiyada olduqca effektivdir.

Rol oyunları rollu, işgüzar və dostluq ünsiyyəti kimi kommunikativ bacarıqları inkişaf etdirir.

Rollu ünsiyyət — insanların müəyyən sosial rolların (ana və uşaq, tabelikdə olan və rəhbər, şagird və müəllim, sevgililər) daşıyıcıları kimi ünsiyyətidir. Bu ünsiyyət cəmiyyət tərəfindən müəyyən edilmiş müəyyən normalara əsasən formalaşdırılır, ünsiyyəti sadələşdirmək və rollu ünsiyyət iştirakçılarının hər birinin məqsədlərinə çatmasını asanlaşdırmaq üçün istifadə olunur. Rol oyununda müxtəlif vəziyyətləri canlandıraraq insan real rollu ünsiyyətdə özünü daha əmin hiss edir.

Bəzi hallarda vəziyyətin mürəkkəbliyi ucbatından ümumi qəbul edilmiş rollara müvafiq ünsiyyət mümkün olmur (məsələn, işgüzar danışıqlar işgüzar etiketə tabedir, lakin onların çərçivəsində ünsiyyət müəllim – şagird münasibətlərindən xeyli mürəkkəbdir). Uşaqlıqda rol oyunlarında işgüzar (və dostluq) ünsiyyət digər uşaqlarla necə və nə oynayacağı haqqında razılığa gəlmək zərurəti səviyyəsində təkmilləşdirilir; işgüzar situasiyaları təkmilləşdirmək üçün xüsusi biznes oyunları (məsələn, işgüzar rol oyunu vasitəsilə təşkilat daxilində mütəxəssislər arasında bilik mübadiləsinin inkişafını təkmilləşdirmək mümkündür), eləcə də təhsil oyunları mövcuddur. Səhv nəticələrin və fəsadların möhkəmlənməsindən hifz olunmaq üçün bu cür oyunların peşəkar təşkili vacibdir (məsələn, uşaq böyük uşaqlara tabe olmağa vərdiş edə bilər).

Rol oyunlarına aid nəzəriyyələrə —C. Morenonun psixodraması, C. A. Kellinin fiksasiya olunmuş rol terapiyası, eləcə də davranışın repetisiyası (C. Volpe və A. Lazarus) daxildir.

İstinadlar

Kateqoriya:Qiymətləndirmə üsulları Kateqoriya:Pedaqogika Kateqoriya:Psixodrama Kateqoriya:Psixologiyada metodologiya Kateqoriya:Rol oyunu Kateqoriya:Rol oyunu terminologiyası Kateqoriya:Uşaq oyunları