II Fridrix Vilhelm (; ) — Saksen-Altenburq hersoqu.

12 fevral 1603-cü ildə Veymarda dünyaya gəldi. Atası Saksen-Veymar hersoqu I Fridrix Vilhelm, anası isə onun ikinci xanımı Noyburqlu Anna Mariyadır. Ancaq atasının vəfatından 8 ay sonra dünyaya gəldi və doğulduğu əsnada əmisiylə böyük qardaşı İohann Filipp arasında mülk davası davam edirdi. Bir neçə ay sonra böyük qardaşı ilk Saksen-Altenburq hersoqu olaraq ata mülkündən mirasını aldı. Ancaq o da uşaq yaşda idi və bu səbəblə, azyaşlı qardaşların adından Saksoniya kürfürstləri II Kristian və I Con Georq naib olaraq mülklərini idarə etdilər. Qardaşıyla birgə Leypsiq Universitetində təhsil aldı.

Böyük qardaşı 1618-ci ildə təkbaşına hakimiyyəti ələ almasından sonra özündən kiçik qardaşlarının qoruyucusu oldu. 1631-ci ildən etibarən Saksoniya ordusunda xidmət etdi və polkovnik rütbəsi qazandı.

18 sentyabr 1638-ci ildə Altenburqda Brandenburqlu Sofiya Yelizaveta ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı və xanımının 1650-ci ildə vəfatıyla dul qaldı.

Qardaşının oğul varisi olmaması səbəbilə, 1639-cu ildə vəfatından sonra Saksen-Altenburq taxt-tacına sahibləndi. 11 oktyabr 1652-ci ildə Drezdendə keçmiş naibi Saksoniya kürfürstü I Con Georqun dul qızı Maqdalena Sibilya ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Kristian (1654-1663) İohanna Maqdalena (1656-1686) III Fridrix Vilhelm (1657-1672)

1660-cı ildə Temar və Mayninqen şəhərlərini satın aldı. 1669-cu ildə Altenburqda vəfat etdi və taxt-tac oğlu III Fridrix Vilhelmə miras qaldı.

Mənbə

Ədəbiyyat

August Beck: Friedrich Wilhelm II. (Herzog von Sachsen-Altenburg). In: Allgemeine Deutsche Biographie (ADB). Band 7, Duncker & Humblot, Leipzig 1877, S. 792–794

İstinadlar

Kateqoriya:XVII əsr Almaniya hersoqları