Vyetnam Prezidenti — Vyetnam Sosialist Respublikasının dövlət başçısı. Dövlət başçısı kimi prezident Vyetnamı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təmsil edir. Prezident həmçinin Vyetnam Xalq Silahlı Qüvvələrinin formal Ali Baş Komandanı və Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri vəzifələrini icra edir. Prezident Vyetnam Milli Assambleyası deputatları arasından seçilir. Qanunvericilik Prezidentin mütləq şəkildə Vyetnam Kommunist Partiyasının üzvü olmasını tələb etmir, lakin təcrübədə Prezident həmişə Partiyanın Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olur.Top five leaders in Viet Nam's political system
To Lam Vyetnamın hazırkı Prezidentidir. O, bu vəzifəni 7 aprel 2026-cı ildən etibarən icra edir.General Secretary To Lam unanimously elected as State President of Viet Nam
Prezident Vyetnam Milli Assambleyasının deputatı olmalıdır. Ənənəyə görə, Prezident Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvü olur. Mərkəzi Komitə namizədləri Milli Assambleyanın Daimi Komitəsinə təqdim edir. Komitə həmin namizədləri təsdiqləyir və onları Milli Assambleyanın bütün deputatları tərəfindən rəsmi seçilmək üçün təqdim edir. Prezident vitse-prezidenti, baş naziri, nazirləri və digər vəzifəli şəxsləri Milli Assambleyanın razılığı ilə təyin edir. Prezident Vyetnamın Xalq Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədridir. 2011-ci ilin sentyabrından etibarən Prezident həm də Partiyanın Məhkəmə İslahatları üzrə Mərkəzi Komitəsinin sədri vəzifəsini tutur.
Prezidentin səlahiyyətləri və statusu zaman keçdikcə dəyişir. Prezidentin səlahiyyət müddəti beş ildir və o, yalnız üç müddət vəzifə tuta bilər. Əgər Prezident öz vəzifələrini icra edə bilməyəcək vəziyyətə düşərsə, Vitse-prezident prezidentin vəzifəsinə qayıtmasına və ya Milli Assambleya tərəfindən yeni Prezident seçilənə qədər müvəqqəti olaraq prezident vəzifəsini icra edir.
To Lam Vyetnamın hazırkı prezidentidir. O, bu vəzifəni 7 aprel 2026-cı ildən etibarən Luonq Kuonqu əvəz edirək içra edir.
Tarixi Ho Şi Min 1946-cı ildə Milli Assambleya tərəfindən Vyetnamın ilk prezidenti təyin edilmişdir. 1959-cu il Konstitusiyası prezidentin səlahiyyətlərini məhdudlaşdıraraq onu Vyetnamın hüquqi (de-yure) lideri səviyyəsinə endirdi, faktiki (de-fakto) hakimiyyətin böyük hissəsini isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə keçirdi. 1980-ci il Konstitusiyası dövlət başçısı vəzifəsinin mahiyyətini dəyişdirdi. Prezident vəzifəsi ləğv edildi və onun yerinə Dövlət Şurasının Sədri vəzifəsi təsis olundu. Dövlət Şurası sədrinin vəzifəsi Sovet İttifaqındakı Ali Sovet Rəyasət Heyəti sədrinin vəzifəsi nümunəsində formalaşdırılmışdı. Nazirlər Şurası kimi, Dövlət Şurası da kollektiv qərar qəbul edən orqan idi. Dövlət Şurası və Nazirlər Şurası icra hakimiyyətinin tərkib hissəsi idi. Bu qurumların gücləndirilməsi qanunvericilik hakimiyyətinin rolunu zəiflədirdi. Dövlət başçısı vəzifəsi 1980-ci il Konstitusiyasında, Siyasi Büroda iyerarxiyası baxımından sonra prezidentin səlahiyyətləri gücləndirildi."Điều lệ Đảng Cộng sản Việt Nam thông qua tại Đại hội đại biểu toàn quốc lần thứ XI của Đảng"
Səlahiyyət müddəti Prezidentin səlahiyyət müddəti beş ildir. Prezident, Milli Assambleya tərəfindən yeni prezident seçilənə qədər öz vəzifələrini icra etməyə davam edir.
Prezident vəzifəsinin icrasına başlayarkən parlament qarşısında aşağıdakı andı içir: Vyetnam Sosialist Respublikasının Prezidenti kimi mən ölkəyə, xalqa və Konstitusiyaya tam sədaqət göstərəcəyimə, habelə dövlət və xalq tərəfindən tapşırılan vəzifələri yerinə yetirəcəyimə and içirəm.Historic Moment: To Lam Sworn In as Vietnam President
Vəzifə və səlahiyyətləri Prezident aşağıdakı icraedici və qanunvericilik səlahiyyətlərinə malikdir: Qanunları, qanun qüvvəli fərmanları və Konstitusiyanı elan etmək Konstitusiyaya və qanunlara zidd olan Baş nazir və ya Baş nazirin müavini tərəfindən qəbul edilmiş sənədlərin icrasını dayandırmaq və ya onları ləğv etmək Ölkənin Ali Baş Komandanı kimi çıxış etmək və Vyetnamın Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etmək Vyetnamın Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclaslarını çağırmaq Prezident Vyetnam Sosialist Respublikasının suverenliyini, müstəqilliyini və dövlət bütövlüyünü qorumaq, həmçinin bütün dövlət hakimiyyəti orqanlarının əlaqəli fəaliyyətini və qarşılıqlı əməkdaşlığını təmin etmək üçün tədbirlər görmək Vitse-prezidentin, Baş nazirin, Ali Xalq Məhkəməsinin sədrinin və Ali Xalq Nəzarət və Təftiş İdarəsinin rəhbərinin seçilməsi və ya vəzifədən azad edilməsi barədə Milli Assambleyaya təklif vermək Vyetnam Hökumətinin iclaslarına sədrlik etmək Prezident Aparatının vəzifəli şəxslərini, heyətini və əməkdaşlarını təyin etmək və ya vəzifədən azad etmək Baş nazirin müavinlərini, nazirləri və hökumətin digər üzvlərini təyin etmək və ya vəzifədən azad etmək Müharibə vəziyyəti və ya amnistiya elan etmək Daimi Komitənin qərarı əsasında ümumi və ya qismən səfərbərlik elan etmək, yaxud ölkə miqyasında və ya müəyyən bir bölgədə fövqəladə vəziyyət elan etmək 91-ci maddənin 8-ci və 9-cu bəndlərində nəzərdə tutulmuş məsələlərlə bağlı qəbul edilmiş fərman-qanunların və qərarların Daimi Komitə tərəfindən qəbul edildikdən sonra on gün ərzində yenidən nəzərdən keçirilməsini təklif etmək. Əgər həmin fərman-qanunlar və qərarlar ölkə prezidentinin etirazına baxmayaraq Milli Assambleyanın Daimi Komitəsi tərəfindən yenidən qəbul edilərsə, Prezident məsələni Milli Assambleyanın növbəti iclasında həll edilməsi üçün təqdim etməlidir Ali Xalq Məhkəməsinin sədr müavinini və hakimlərini, həmçinin Ali Xalq Nəzarət və Təftiş İdarəsinin rəhbərini təyin etmək və ya vəzifədən azad etmək Baş Qərargah rəisini, Baş Qərargah rəisinin müavinini, Baş Siyasi İdarənin rəisini və Baş Siyasi İdarənin rəis müavinini təyin etmək və ya vəzifədən azad etmək Vyetnam Xalq Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinə adlar və rütbələr vermək, həmçinin "diplomatik adlar və rütbələr, digər dövlət adları və rütbələri vermək; medallar, nişanlar və dövlət fəxri adları və təltifləri təqdim etmək" Fövqəladə və səlahiyyətli səfirləri təyin etmək və geri çağırmaq, xarici dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərini qəbul etmək, digər dövlətlərin başçıları ilə ölkə adından beynəlxalq sazişlər üzrə danışıqlar aparmaq və onları imzalamaq. Milli Assambleyanın qərarının tələb olunduğu hallar istisna olmaqla, beynəlxalq sazişləri təsdiqləmək və ya onlara qoşulmaq Vyetnam vətəndaşlığı vermək və Vyetnam vətəndaşlığından məhrum etmək Mərkəzi Məhkəmə İslahatı Rəhbər Komitəsinə rəhbərlik etmək Korrupsiya xarakterli bütün əməllərin aşkar edilməsinə və araşdırılmasına nəzarət etmək İqtisadi Şuraya rəhbərlik etmək.
Vyetnam prezidenti Konstitusiyada nəzərdə tutulduğu kimi, müəyyən icra, məhkəmə və qanunvericilik səlahiyyətlərinə də malikdir. Prezident adətən Vyetnam Kommunist Partiyasının Siyasi Bürosunun ən yüksək vəzifəli üzvləri sırasında yer alır.
Xarici keçidlər Official list of presidents
İstinadlar
Kateqoriya:Vyetnam prezidentləri Kateqoriya:Vyetnamda siyasət Kateqoriya:Vyetnamın dövlət quruluşu Kateqoriya:Dövlət başçıları Kateqoriya:Prezidentlər