Maqnus (; ; ) — Danimarka və Norveç kralı III Kristianın oğlu, Ösel-Vik və Kurlandiya rahibi, Livoniya kralı.

1540-cı ildə Kopenhagendə dünyaya gəldi. Atası Danimarka və Norveç kralı III Kristian, anası isə Saks-Launberq hersoqu I Maqnusun qızı Şahzadə Doroteyadır. 17 yaşı tamam olanda təhsil alması üçün müxtəlif alman şəhər-dövlətlərinə göndərildi. 1559-cu ildə atasının vəfat etməsiylə Danimarkaya döndü və qardaşı II Frederikin tacqoyma mərasiminə qatıldı. Həmin il Danimarka və Norveç taxt-tacındakı hüquqlarının qarşılığında Ösel-Vik və Kurlandiya rahibi seçildi.

10 iyun 1570-ci ildə qardaşının əmriylə Moskvaya yollandı. Burada rus çarı IV İvan tərəfindən rəğbətlə qarşılandı və Livoniya kralı ünvanı aldı. Livoniyanın yeni kralı Maqnus, İsveçin nəzarətində olan Revalın fəthi üçün 20 min rus əsgəri ilə Moskvadan yola düşdü. İvanın Maqnusun böyük qardaşı, Danimarka kralı II Frederikin dəstəyinə olan ümidi uğursuz oldu. 1571-ci ilin mart ayının sonunda Maqnus Reval uğrunda mübarizədən vaz keçdi və mühasirədən əl çəkdi.

Digər yandan çar onu 12 aprel 1574-cü ildə öz əmisi nəvəsi Mariya Vladimirovna ilə evləndirdi. Cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi.

Mariya (1580-1597) Yevdokiya (1581-1588)

1577-ci ildə İvanın rəğbətini itirmiş və qardaşından heç bir dəstək almayan Maqnus Livoniya zadəganlarını xarici işğala qarşı mübarizədə onunla birləşməyə çağırdı. İvanın qüvvələri ona hücum edərək əsir götürdülər. Maqnus sərbəst buraxıldıqdan sonra kral titulundan imtina etdi.

1662-ci ildə indiki Latviyada vəfat etdi. Cənazəsi Danimarkaya gətirildi və Kopenhagen yaxınlığındakı Roskille kafedralına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Madariaga, Isabel de (25 September 2006). Ivan the Terrible. Yale University Press. ISBN 978-0-300-11973-2 Jaques, Tony (2007). Dictionary of Battles and Sieges. Greenwood Publishing Group. p. 849. ISBN 978-0-313-33536-5 Goodrich, S. C. (2008). "Early Russian History". A Pictorial History of England. BiblioBazaar, LLC. p. 150. ISBN 978-0-554-73173-5 Eastern Europe: An Introduction to the People, Lands, and Culture, By Richard C. Frucht; ISBN 1-57607-800-0 Viirand, Tiiu (2004). Estonia. Cultural Tourism. Kunst Publishers. pp. 82–84. ISBN 9949-407-18-4

İstinadlar Kateqoriya:Estoniyanın dövlət başçıları Kateqoriya:XVI əsr Avropa hökmdarları Kateqoriya:Latviyanın dövlət başçıları Kateqoriya:Norveç şahzadələri