Enrike Silva Milaqres (; ) və ya sadəcə Enrike — Braziliya futbolçusu, Azərbaycanın "Turan Tovuz" klubunun sol cinah müdafiəçisi.

Klub karyerası "Vasko da Qama" Enrike əsas komandada debütünü "Fluminense"yə qarşı oyunda etmiş və baş məşqçidən müsbət qiymət almışdır. Uğurlu oyunlar nümayiş etdirən futbolçu əsas heyətdəki yerini Peru milli futbol komandasının həmin dövrdəki müdafiəçisi Yotun ilə növbəli şəkildə bölüşmüşdür. Oktyabrın sonunda Enrike budundan ciddi zədə almış və mövsümün sonunadək sıradan çıxmışdır.

O, 2014-cü ilin yanvarında yaşıl meydanlara qayıdaraq Karioka Liqasının bəzi oyunlarında çıxış etmişdir. Fevral ayında məşq zamanı Enrike budunun arxa əzələsinin ikinci dərəcəli gərilməsi zədəsini almış və altı ay müddətinə oyundan kənar qalmışdır. Arxa-arxaya yaşanan zədələr və oyun təcrübəsinin çatışmazlığı səbəbindən Enrike gənclər komandasına qaytarılmışdır.

9 oktyabr tarixində məşqdən sonra evə qayıdarkən Enrike Rekreyo dos Bandeyrantes ərazisində avtomobil qəzasına düşmüşdür. Başını şüşəyə çırpan futbolçu xəstəxanaya çatdırılmışdır. İdmançıya bazanı tərk edən komanda yoldaşları köməklik göstərmişdirlər. Başından zərbə almasına baxmayaraq, Enrike huşunu itirməmiş və qısa müddətdə xəstəxanaya aparılmışdır.

O, 2015-ci ilin yanvarında yekun olaraq "Vasko da Qama"nın əsas komandasına keçmişdir. İyul ayında Braziliya Kuboku çərçivəsində "Amerika Mineyro"ya qarşı keçirilən qarşılaşmanın altıncı dəqiqəsində Enrike yenidən sağ budunda ağrılar hiss etmişdir. Ayğa qalxaraq oyunu davam etdirməyə cəhd göstərsə də, yenidən meydançaya yıxılmışdır. Zədə səbəbindən əsas komandadakı şansını gerçəkləşdirə bilmədiyi üçün Enrike meydanı göz yaşları içində tərk etmişdir. Bu zədə üzündən Enrike mövsümün sonunadək sıradan çıxmışdır.

2016-cı ildə Enrike Julio Sezarın yaxşı formada olması səbəbindən ehtiyat oyunçular skamyasında qalmışdır. O, Kuarabara Kubokunun final oyununda meydana çıxaraq əla oyun nümayiş etdirmiş və titulu qazanmışdır. Komandanın baş məşqçisi Jorjinyo futbolçunu dərhal əvəzedici sol müdafiəçi təyin etmişdir. Bu mövsümdə Enrike cəmi 17 matçda iştirak etmiş və yalnız Julio Sezarın oynaya bilmədiyi hallarda meydanda yer almışdır.

2017-ci ildə Julio Sezar komandadan ayrıldıqdan sonra Enrike əsas heyət oyunçusuna çevrilmiş və Rio Kubokundakı qələbədə mühüm rol oynamışdır. Enrike həm müdafiədə, həm də hücumda göstərdiyi oyuna görə təqdir olunsa da, digər müdafiəçi Ramonun gəlişindən sonra yenidən start heyətindəki yerini itirmişdir. Oktyabr ayında Ramonun zədələnməsi səbəbindən Enrike A Seriyasının yekun mərhələsində şans qazanmış və komandanın növbəti mövsüm üçün Libertadores Kubokuna vəsiqə qazanmasına kömək etmişdir.

2018-ci ildə müdafiəçi Fabrisio ilə müqavilə imzalandıqdan sonra da əsas heyət oyunçusu kimi qalmışdır. Enrike xüsusilə dəqiq ötürmə qabiliyyətinə görə yüksək qiymətləndirilmişdir.

2019-cu ildə Ramonun diz bağlarının qırılması səbəbindən sıradan çıxması nəticəsində "Vasko da Qama" Danilo Barseluşu icarəyə götürmüş və Enrike yenidən ehtiyat oyunçular skamyasına düşmüşdür, lakin mövsüm ərzində fərqli oyun keyfiyyətlərinə görə Enrike və Barseluş növbə ilə meydana çıxmış, hər biri komandanın oyunlarının yarısında iştirak etmişdir.

26 avqust 2020-ci il tarixində 26 yaşlı Enrike "Qoyas" klubuna qarşı matçda peşəkar karyerasında ilk qolunu vurmuşdur.

"Olimpik Lion" 17 may 2021-ci il tarixində "Vasko da Qama" ilə müqaviləsi başa çatdıqdan sonra Enrikenin Fransanın "Olimpik Lion" klubu ilə üçillik müqavilə imzalayacağı elan olunmuşdur. 26 yanvar 2024-cü il tarixində Enrike Fransa çempionatı çərçivəsində "Renn" klubuna qarşı matçda "Olimpik Lion"un heyətində ilk qolunu vurmuşdur.

Turan Tovuz 18 avqust 2025-ci ildə "Turan Tovuz"da sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Daha əvvəl İspaniya La Liqasında "Valyadolid"in şərəfini qoruyan Enrike Silva illik 500 min avro qazanır.

"Turan Tovuz" Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə XXIV turunda "Kəpəz"lə qarşılaşıb. Müdafiəçi Enrike Silva oyunun birinci hissəsində sıradan çıxıb. İlk hissədə zədələnən futbolçunu Faiq Hacıyev əvəzləyib. O, iki həftə zədəli qalib.

Enrike Silva Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümündə I turun "Turan Tovuz" – "Qəbələ" matçında oyunun 35-ci dəqiqəsində açılış qolunu vurub. Bu top Kurban Berdiyevin rəhbərliyi altında komandanın keçirdiyi 70-ci rəsmi oyunda vurulan 90-cı qol kimi də tarixə düşüb.

Milli komanda 2013-cü ildə Braziliyanın 20 yaşadək gənclərdən ibarət milli komandasının heyətində iki matçda iştirak etmişdir.

Uğurları "Vasko da Qama"

Karioka Liqasının qalibi: 2015, 2016-cı illər Quanabara Kubokunun qalibi: 2016, 2019-cu illər Rio Kubokunun qalibi: 2017-ci il

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Olimpik Lion FK futbolçuları Kateqoriya:Real Valyadolid FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Vasko da Qama FK futbolçuları