thumb|333px|2013-cü ildə Impact Wrestling şousunda keçirilən polad qəfəs matçı. Qəfəs döyüşü () — döyüşçülərin metal yor və ya digər qoruyucu konstruksiya ilə əhatə olunmuş qapalı döyüş meydanında qarşılaşdığı döyüş formasıdır. Termin əsasən qarışıq döyüş sənəti (MMA) ilə əlaqələndirilir. Qəfəs döyüş meydanının sərhədlərini müəyyənləşdirir və döyüşçülərin meydandan kənara çıxmasının qarşısını alır. Qəfəsdən istifadə döyüşün taktikasına da təsir göstərir: döyüşçülər ondan rəqibə nəzarət etmək, klinç zamanı dayaq kimi istifadə etmək və rəqibin hərəkət imkanlarını məhdudlaşdırmaq üçün yararlana bilirlər. Qəfəs müasir MMA-nın ən tanınan xüsusiyyətlərindən biridir. Bununla belə, bütün MMA yarışlarında eyni tipli qəfəsdən istifadə edilmir. Döyüş meydanının forması, ölçüsü və konstruksiyası təşkilatın qaydalarından asılı olaraq dəyişə bilər.

Tarixi Polad qəfəs restlinqdə istifadə olunan ən qədim hasar formalarından biridir. Polad qəfəslərdə keçirilən ən erkən məlum matçlar 9 yanvar 1936-cı ildə Missuri ştatının Karutersvill şəhərində, toyuq torundan hasarla keçirilən iki matçı da əhatə edən şouda baş tutmuşdur. Bu matçlar idmançıları rinqin daxilində saxlamaq və mümkün müdaxilələrin qarşısını almaq üçün toyuq toru ilə əhatə olunmuş rinqdə keçirilirdi. Zaman keçdikcə belə matçlar əhəmiyyətli dərəcədə inkişaf edərək toyuq torundan polad çubuqlara və rabitsa torundan hazırlanmış hasarlara keçmişdir. Hazırda polad qəfəs matçlarında rabitsa toru standart hesab olunur, çünki onun istehsalı daha ucuz, daşınması daha asan və daha elastikdir və buna görə də restlerlər üçün daha təhlükəsizdir.

World Wrestling Federation-da 1980-ci və 1990-cı illərdə mavi rəngə boyanmış polad çubuqlardan hazırlanmış qəfəsdən istifadə olunurdu. Əvvəllər Total Nonstop Action Wrestling-də polad qəfəs matçları "Poladın altı tərəfi" adlanırdı, çünki qəfəs onların altıtərəfli rinqini əhatə edirdi.

Qəfəs MMA qəfəsi ədalətən döşəmə, metal karkas və döyüşçüləri əhatə edən tor konstruksiyasından ibarət olur. Qəfəsin əsas məqsədlərindən biri döyüşçülərin döyüş meydanından kənara çıxmasının qarşısını almaqdır. Rinqdə istifadə olunan kanatlardan fərqli olaraq, tor döyüş sahəsinin bütün sahəsini əhatə edir. Qəfəs yalnız fiziki sərhəd rolunu oynamır. MMA-da döyüşçülər qəfəsdən taktiki məqsədlərlə də istifadə edə bilirlər. Xüsusilə güləş və klinç zamanı döyüşçü rəqibini qəfəsə sıxışdırıraraq onun hərəkət imkanlarını məhdudlaşdıra bilər. Qəfəsin konstruksiyası döyüş zamanı yaranan fiziki təmasa davam gətirəcək şəkildə hazırlanır. Döşəmə, tor, karkas və digər konstruktiv elementlərin xüsusiyyətləri yarışın keçirildiyi təşkilatın qaydalarına uyğun müəyyənləşdirir.

Növləri MMA yarışlarında yalnız bir tip qəfəs mövcud deyil. Müxtəlif təşkilatlar döyüş meydanının formasına, ölçüsünə və konstruksiyasına görə fərqli qəfəslərdən istifadə edə bilərlər. Səkkizbucaqlı qəfəs ən çox tanınan formadır. Bununla yanaşı, digər çoxbucaqlı və hibrid döyüş meydanlarından da istifadə edilir.

Oktaqon Oktaqon səkkiz tərəfdən ibarət qəfəs formasındadır. Bu tip döyüş meydanı xüsusilə UFC tərəfindən istifadə olunması ilə məşhurlaşmışdır. UFC-nin səkkizbucaqlı qəfəsi MMA-nın ən tanınan vizual simvollarından birinə çevrilmişdir.

Hibrid döyüş meydanları Bəzi təşkilatlar rinq və qəfəsin xüsusiyyətlərini birləşdirən hibrid döyüş meydanlarından istifadə etmişdir. belə konstruksiyalarda rinqin kanatları ilə yanaşı, döyüşçülərin meydandan kənara çıxmasının qarşısını alan tor konstruksiyası da tətbiq oluna bilər.

Digər döyüş idmanlarında qəfəs Qəfəs yalnız MMA ilə məhdudlaşmır. müxtəlif döyüş və əyləncə formalarında metal və ya digər konstitusiyalardan hazırlanmış qəfəslərdən istifadə edilmişdir. Peşəkar güləşdə qəfəs döyüşləri ayrıca maç növü kimi təqdim olunur. Bu döyüşlərdə qəfəsin funksiyası MMA-dakı istifadəsindən və tətbiq olunan qaydalardan fərqlənə bilər.

İstinadlar

Kateqoriya:Güləşdə yarış növləri