Hüseyn Ceyhun oğlu Eyvazlı (18 aprel 2007, Qəbələ, Azərbaycan) — Azərbaycan cüdoçusu. Yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliklərinin, Avropa kuboklarının və beynəlxalq turnirlərin mükafatçısıdır. Müxtəlif illərdə 81, 90 və 100 kq çəki dərəcələrində çıxış etmişdir. Hazırda Azərbaycan milli cüdo komandasının heyətində məşqlərini davam etdirir.

Həyatı Hüseyn Eyvazlı 18 aprel 2007-ci ildə Azərbaycanın Qəbələ şəhərində anadan olmuşdur. Cüdo ilə məşğul olmağa Qəbələ İdman Klubunda başlamışdır. İlk məşqçisi Rail İsmayılov olmuşdur.

İdman Fəaliyyəti Eyvazlı cüdo üzrə ilk uğurlarından birini U15 yaş kateqoriyasında keçirilən "World Games" yarışında əldə etmişdir. O, 66 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.

2023-cü il 2023-cü ildə yeniyetmələr arasında Azərbaycan birinciliyində 81 kq çəki dərəcəsində bürünc medal qazanmışdır. Həmin il Çexiyada keçirilən Avropa kubokunda və Göygöl rayonunda təşkil olunan Avropa kubokunda 81 kq çəki dərəcəsində bürünc medala layiq görülmüşdür.

Eyvazlı 2023-cü ildə Avropa Gənclər Olimpiya Festivalında (EYOF) komanda yarışında gümüş medal qazanmışdır.

2024-cü il 2024-cü ildə yeniyetmələr arasında Azərbaycan birinciliyində 90 kq çəki dərəcəsində çempion olmuşdur. Həmin il Göygöl Avropa kubokunda 90 kq çəki dərəcəsində bürünc, Portuqaliyanın Koimbra şəhərində keçirilən Avropa kubokunda isə gümüş medal qazanmışdır.

2025-ci il 2025-ci ildə gənclər arasında Azərbaycan birinciliyində 100 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.

2026-cı il 2026-cı ildə gənclər arasında Azərbaycan birinciliyində 100 kq çəki dərəcəsində bürünc medal əldə etmişdir.

Həmin il Krasnoyarsk şəhərində İvan Yarıginin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 100 kq çəki dərəcəsində gümüş medal qazanmışdır.

İstinadlar