Hesseli Kristof Ernest Avqust (; ) — Almaniya imperatoru III Fridrixin nəvəsi, Hessen şahzadəsi.
Həyatı 1901-ci ildə Frankfurtda əkiz qardaşı Riçardla birlikdə dünyaya gəldi. Atası Hohensollern sülaləsindən Hesseli Fridrix Karl, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Marqaritadır. Uşaqlıq illəri Kronberq malikanəsində keçdi. Bu qəsr ana nənəsi olan dul imperatriça Viktoriyanın ölümündən sonra 1901-ci ildə anasına miras qalmışdı. Anasının istəyilə ingilis üslubunda təlim-tərbiyə aldı.
Birinci Dünya müharibəsinin başlamasının ardından böyük qardaşları cəbhəyə yollandılar. Ancaq Riçard və Kristof yaşlarının az olması səbəbilə, müharibə boyunca Kronberqdəki ailə mülklərində qaldılar. Bu illər ərzində Reform gimnaziyasındakı təhsilini davam etdirdi və 1920-ci ildə təhsilini tamamladı. Bu illər ərzində Herman Görinqlə tanış oldu. 1931-ci ildə Nasist partiyasına üzv olmaq üçün müraciət etdi və bu müraciəti 3 iyul 1933-cü ildə təsdiqləndi. 1932-ci ildə isə partiyanın militar qruplaşması olan SS-ə üzv oldu. Partiya daxilində müxtəlif rütbələrdə xidmət etdi və 1 iyun 1939-cu ildə ən yüksək rütbəyə yüksəldi.
15 dekabr 1930-cu ildə Kronberqdə Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Sofiya ilə evləndi. Cütlüyün bu nikahdan 5 övladı doğuldu.
Şahzadə Kristina (1933–2011) Şahzadə Doroteya (1934–2025) Şahzadə Karl (1937–2022) Şahzadə Rayner (1939) Şahzadə Klarisa (1944)
İkinci Dünya müharibəsinin başlamasının ardından Lüftvaffenin tərkibində cəbhəyə yollandı. İtaliyanın təslim olmasının ardından Almaniyaya geri çağırıldı. 7 oktyabr 1943-cü ildə təyyarə qəzasında həlak oldu. Cəsədi 2 gün sonra tapıldı. Olduqca müəmmalı bir ölüm oldu. 1953-cü ildə məzarı Kronberqdəki ailə məzarlığına daşındı.
Mənbə
Ədəbiyyat Eade, Philip (2011). Prince Philip: The Turbulent Early Life of the Man Who Married Queen Elizabeth II (Kindle ed.). New York: Henry Holt. ISBN 9781429961684 Tillotson, H. M. (June 1993). Finland at Peace and War 1918–1993 (First ed.). Michael Russell. ISBN 978–0859551960 Petropoulos, Jonathan (2008). Royals and the Reich (First ed.). Oxford University Press. ISBN 978–0195339277 Vickers, Hugo (2013). Alice: Princess Andrew of Greece (Kindle ed.). St Martin's Press. ISBN 978–0312288860 Judd, Denis (1981). Prince Philip: A Biography (First American ed.). New York: Atheneum. ISBN 0-689-11131-2 Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, pp. 284–285 ISBN 0-220-66222-3 Genealogisches Handbuch des Adels, Fürstliche Häuser XVIIII. "Haus Hessen". C. A. Starke Verlag, 2007, pp. 34–35. (German). ISBN 978-3-7980-0841-0
İstinadlar