III Bernard Fridrix Vilhelm Albert Georq (; ) — son Saksen-Mayninqen hersoqu.

Həyatı 1851-ci ildə Mayninqendə dünyaya gəldi. Atası Saksen-Meyninqen hersoqu II Bernardın oğlu və varisi Şahzadə Georq, anası isə Prussiya kralı III Fridrix Vilhelmin nəvəsi Şahzadə Şarlottadır. Hələ 4 yaşında ikən anası doğuş əsnasında vəfat etdi və atası ard-arda iki evlilik daha yaşadı.

1860-cı ildən etibarən ənənəvi saray təlim-tərbiyəsi aldı və ardından 1869-cu ildə Heydelberq Universitetində təhsilini davam etdirdi. Fransa-Prussiya müharibəsi səbəbilə təhsilini yarıda qoyaraq cəbhəyə yollandı. Müharibənin ardından Leypsiq Universitetində təhsilini davam etdirdi. 1873-cü ildən ordudakı xidmətini davam etdirdi və 1912-ci ilədək ard-arda hərbi rütbələr qazandı.

1877-ci ilin aprelində Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Şarlotta ilə nişanlandı. Üstəlik seçilən gəlin namizədi də özü kimi Prussiya kralı III Fridrix Vilhelmin nəticəsi idi. Cütlüyün toy mərasimi 18 fevral 1878-ci ildə Berlində baş tutdu. Eyni mərasimlə, Böyük Oldenburq hersoqu II Pyotrun oğlu Şahzadə Fridrix Avqustla Prussiyalı Yelizaveta Anna da evləndilər. Cütlüyün bu nigahdan 1 qız uşağı doğuldu.

Şahzadə Fyodora (1879-1945) Atasının vəfatının ardından 1914-cü ildə taxt-taca sahibləndi. Ancaq Birinci Dünya müharibəsinin başlamasının ardından cəbhəyə yollandı. Müharibədə alınan məğlubiyyətin ardından isə digər alman monarxları kimi Şahzadə Bernard da taxt-tacını itirdi. Bütün rəsmi monarxial ünvanlarını itirdi və qalan ömrünü sadə bir vətəndaş kimi yaşadı. 1928-ci ildə Mayninqendə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Stefan Gerber: Herzog Bernhard III. von Sachsen-Meiningen (1851–1928). Zwischen Erwartung und Realität, Köln: Böhlau 2020 (Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe; 56), ISBN 978-3-412-51489-1.

İstinadlar Kateqoriya:Birinci Dünya müharibəsində Almaniya generalları Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Prussiya generalları Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar