Şeyxavənd — Səfəvi təriqətinin banisi Şeyx Səfiəddin Ərdəbilinin soyundan gələn, Səfəvi xanədanının birbaşa qan qohumlarını və nəsil tirəsini ifadə edən tarixi addır.

Səfəvi dövlətinin və sarayının hərbi-siyasi iyerarxiyasında Şeyxavəndlər sıradan bir Qızılbaş tayfası (Şamlı, Ustaclı, Qacar və s.) deyil, bilavasitə hakim sülalənin daxili qolu və müqəddəs hesab olunan mənəvi-inzibati elitası sayılırdılar. Onlar saray protokolunda və dövlət idarəçiliyində ən yüksək imtiyazlara sahib idilər. Xanədana qan bağı ilə bağlı olduqlarına görə Səfəvi şahları tərəfindən böyük etimad görür, hərbi qvardiyada, saray muhafizəsində və mühüm inzibati vəzifələrdə (eşikağasıbaşı, qorçubaşı və s.) yer alırdılar. Şeyxavənd tirəsinə mənsub olan kişilər cəmiyyətdə və sarayda xüsusi hörmət əlaməti olaraq "Mirzə" və ya "Sultan" titulları ilə tanınırdılar.

Kateqoriya:Səfəvilər