Süleymani (xalq arasında həmçinin Onluq kimi də tanınır) — Azərbaycanın qədim milli xalq rəqslərindən biri. Rəqs özünün dinamikası, yüksək tempi və ritmik quruluşu ilə səciyyələnir. Əsasən kişilər tərəfindən ifa olunur və qəhrəmanlıq, cəsurluq, mərdlik xarakteri daşıyır.
Musiqi və Xoreoqrafiya "Süleymani" rəqsi cəld və enerjili tempə malikdir. İfaçılardan yüksək fiziki hazırlıq və cəldlik tələb edir. Rəqsin xoreoqrafik quruluşu kəskin hərəkətlər və qamətin şux saxlanılması üzərində qurulub ki, bu da ifaçının məğrurluğunu nümayiş etdirir.
Musiqi müşayiəti ənənəvi olaraq Azərbaycanın milli zərb və nəfəsli alətləri olan nağara, zurna və balaban vasitəsilə həyata keçirilir.
Kinematoqrafiya və İncəsənətdə rolu "Süleymani" rəqsi Azərbaycan kinematoqrafiyasında və musiqili teatr tarixində özünəməxsus yer tutur. Rəqsin melodiyası geniş kütləyə əsasən bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ekranlaşdırılmış versiyalarından tanışdır. Həmin filmlərin finalında yer alan ənənəvi toy səhnəsində rəqqasların ifa etdiyi kütləvi rəqs havası məhz "Süleymani"dir. Bu səhnə rəqsin populyarlaşmasında və yaddaşlarda qalmasında mühüm rol oynamışdır.
Mənbə Kamil Həsənovun "Azərbaycan xalq rəqsləri" kitabı və.s
İstinadlar
Kateqoriya:Azərbaycan rəqsləri