Mustafa Məmməd oğlu Əfəndiyev (15 yanvar 1909, Dağ Kəsəmən, Qazax rayonu– fevral 1981, Dağ Kəsəmən) — Azərbaycan SSR əməkdar aqronomu (1954), Sosialist Əməyi Qəhrəmanı (1950).
Həyatı Mustafa Əfəndiyev 1926-cı ildə Qazax Pedaqoji Məktəbini, 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1926–1930-cu illərdə Qazax və Şuşa orta məktəblərində, 1937–1939-cu illərdə Qazax kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir.
1942–1959-cu illərdə Şəmkir və Qazax rayonlarında baş aqronom vəzifəsində çalışmışdır. 1959-cu ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir.
1949-cu ildə kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlər əldə etmişdir. 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 1954-cü ildə Azərbaycan SSR əməkdar aqronomu fəxri adına layiq görülmüşdür.
Lenin ordeni və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR əməkdar aqronomları Kateqoriya:Dağ Kəsəməndə doğulanlar