Qvido Podrekka (; ) — İtaliya siyasətçisi və jurnalisti, "L'Asino" siyasi-satirik jurnalının təsisçisi. Atası Karlo Venesiya Sloveniyasından olan qaribaldiçi, qardaşı Vittorio (1883–1959-cu illər) isə "Teatro dei Piccoli" teatrının təsisçisi, prodüseri və rejissoru olmuşdur.
Həyatı "Qolyardu" təxəllüsü ilə yumoristik həftəlik nəşrlərdə çalışan Podrekka 1888-ci ildə Qabriel Qalantara ilə birlikdə Bolonyanın "Bononia Ridet", daha sonra isə "L'Asino" jurnallarını təsis etmişdir. Bu nəşrlər vasitəsilə həyata keçirilən antiklerikal kampaniyalar və siyasi korrupsiyanın ifşası onun məhkəməyə verilməsinə, həbs olunmasına və nəticədə İsveçrəyə mühacirət etməsinə səbəb olmuşdur. 1901-ci ildə İtaliyaya qayıdan Podrekka 1907-ci ildən Roma bələdiyyə məclisinin üzvü, 1909-cu ildən isə İtaliya Sosialist Partiyasından deputat olmuşdur.
İtaliya–Osmanlı müharibəsini dəstəklədiyinə görə 1912-ci ildə Leonida Bissolati, İvanoe Bonomi, Ancolo Kabrini və digər doqquz sosialist deputatla birgə İtaliya Sosialist Partiyasından xaric edilmişdir. O, partiyadan xaric edilənlərlə birlikdə İtaliya Sosialist İslahatçı Partiyasının təsis olunmasında iştirak etmişdir. Birinci Dünya müharibəsində İtaliyanın hərbi əməliyyatlara qoşulması ərəfəsində fəal müdaxilə tərəfdarı kimi çıxış etmişdir.
1919-cu ildə "L'Asino" jurnalının redaksiyasından ayrılaraq "Il primato artistico italiano" jurnalını təsis etmişdir. Həmin ildə keçirilən parlament seçkilərində "İtaliya Mübarizə Dəstələri" siyahısı üzrə namizədliyini irəli sürmüşdür. Podrekka 23 mart 1919-cu ildə faşizmin yaranmasını şərtləndirən "İtaliya Mübarizə Dəstələri"nin təsis olunmasında iştirak edən masonlar arasında yer almışdır.Anna Maria Isastia, "Massoneria e fascismo: la grande repressione", in: La Massoneria. La storia, gli uomini, le idee, a cura di Zeffiro Ciuffoletti e Sergio Moravia, Mondadori, Milano, 2019, p. 167. 58 yaşında Nyu-York ştatının Obern şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İtaliya jurnalistləri Kateqoriya:Masonlar Kateqoriya:XX əsr İtaliya siyasətçiləri