Kazım Alpan Paşa (; ) — Osmanlı imperiyası hərbçisi, müşir. Həyatı Kazım Alpan Paşa 1855-ci ildə Xios adasında anadan olub.Arseven, Celâl E. (1989). Eski İstanbul. s. 14.

Kazım Alpan 1870-ci ildə Osmanlı Hərbi Akademiyasını bitirib. 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı mayor rütbəsində Plevna müdafiəsində iştirak edib və Qazi Osman Paşa ilə birlikdə əsir düşüb. Göstərdiyi qəhrəmanlığa görə Rusiya qoşunlarının komandanı böyük knyaz Knyaz Nikolay Romanov onun qılıncını özünə qaytarıb. 1894-cü ildə müşir rütbəsinə layiq görülüb. 1896-cı ilin oktyabrından 1897-ci ilin mayına qədər 3-cü orduya, 1897-ci ilin mayından iyuluna qədər isə 5-ci orduya komandanlıq edib. Yaninada Qərbi Rumelinin müfəttişi kimi xidmət keçib. O, həmçinin İskodra (iyul 1897 – noyabr 1901), Hicaz (sentyabr 1908 – may 1909), Aydın (may – avqust 1909) və Suriya (avqust 1912 – yanvar 1913) qubernatoru vəzifələrində çalışıb.

1936-cı ildə İstanbulda vəfat edib. Dəfn mərasimi Feriköy qəbiristanlığında baş tutub.

Ailəsi Böyük qardaşı — sədrəzam Əhməd Əsad Paşa.

İstinadlar

Ədəbiyyat Sinan Kuneralp, Son Dönem Osmanlı Erkân ve Ricali (1839—1922), Prosopoprafik Rehber, İstanbul 1999, s. 87.

Kateqoriya:Osmanlı marşalları Kateqoriya:Osmanlının dövlət xadimləri