Kristofer Emanuel Mamengi (; ) — Niderland futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Şəfa" FK-nin sol cinah müdafiəçisi.

Klub karyerası Mamengi "Utrext" klubunun yetirməsidir. O, 16 yaşında ikən ilk peşəkar müqaviləsini imzalamışdır. 22 oktyabr 2018-ci il tarixində "Tvente" klubuna qarşı keçirilən matçda "Yonq Utrext" heyətində Niderlandın Birinci Divizionunda debüt etmişdir. 27 oktyabr 2020-ci il tarixində "Dordrext" klubuna qarşı oynanılan qarşılaşmada "Utrext"in əsas komandası ilə Niderland Kubokunda ilk oyununa çıxmışdır.

17 avqust 2023-cü il tarixində Kristofer "Almere Siti" klubunun oyunçusu olmuş və bir mövsüm uzadılma opsiyası ilə üçillik müqavilə imzalamışdır. 21 iyul 2025-ci il tarixində klub futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyini elan etmişdir.

23 iyul 2026-cı ildə Azərbaycan Premyer Liqasında çıxış edən "Şəfa" FK Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalamışdır.

İstinadlar

Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Priştina FK futbolçuları Kateqoriya:Yonq Utrext FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular