İbrahim ibn Məhəmməd Səqəfi (təq. 803 – 896) tam adı Əbu İshaq İbrahim ibn Məhəmməd ibn Səid ibn Hilal ibn Asim ibn Səd ibn Məsud Səqəfi — Kufəli alim və tarixçi, döyüşçülüyü ilə tanınan məşhur Bəni-Səqif qəbiləsinə mənsubdur. "əl-Ğarat" adlı əsəri 2026-cı ildə Azərbaycan dilinə tərcümə edilmişdir.

Həyatı Səqəfi Kufə elmi mühitinin yetirmələrindən olmuş, tarix və rəvayət sahəsində tanınmış alimlər sırasında yer almışdır. Klassik bioqrafik və rical mənbələrində onun etibarlı ravi, hadisələrin nəqlində ciddi və metodoloji yanaşmaya malik tarixçi olduğu qeyd edilir.Nəcaşi, ər-Rical, səh.15-16Şeyx Tusi, əl-Fihrist, səh.28 Ərəblərin Səqəf qəbiləsinə məxsus olan İbrahim İbn Məhəmməd Səqəfinin ailəsi də tanınmış şəxslərdən ibarət olmuşdur. Belə ki, onun ulu babası Səd ibn Məsud Səqəfi Məhəmməd Peyğəmbərin səhabələrindən və Əli ibn Əbu Talibin yaxın silahdaşlarından olmuşdur. Əbu Mixnəfin məlumatına görə Əli Səd ibn Məsud Səqəfini müəyyən vəzifələrə təyin etmiş və Siffin döyüşündə yanında aparmışdır. Əli ibn Əbu Talib məktublarında onun təqvasını və imanını yüksək qiymətləndirmişdir.Yəqubi, Tarix kitabı, c.2, səh.176Bəlazuri, Ənsabul-əşraf, c.2, səh.158 Həmçinin Həsən ibn Əli də çətinlik çəkdiyi bir dövrdə Mədain şəhərində ona sığınmışdır.

Bu ailədən Muxtar və atası Əbu Ubeyd Səqəfi də İslam tarixində mühüm rol oynamış şəxslər sırasındadır. Qardaşı Əli ibn Muhəmməd ibn Səid Səqəfi də tanınmış hədis alimlərindən olmuşdur.Əbu Nuaym əl-İsfahani, Tarixu-İsfahan, c.2, səh.7

Əsərləri İbrahim Səqəfinin elmi etibarlılığının mühüm göstəricilərindən biri onun hakimiyyət dairələrindən və saray mühitindən uzaq olması idi.İbrahim ibn Məhəmməd Səqəfi, əl-Ğarat, səh.5, Bakı, 2026. İbn Nədim də Səqəfini düzdanışan alim kimi tanıtmışdır.İbn Nədim, əl-Fihrist, səh.327 Səqəfinin əsərləri İslam tarixinin müxtəlif və mühüm mərhələlərini əks etdirdiyi üçün böyük elmi dəyərə malikdir. O, xüsusilə "əl-Ğarat" əsəri ilə tanınır. Mənbələrə görə onun 52 əsəri olmuşdur. Ağa Buzorg Tehrani "əz-Zəriə ilə təsani-fiş-şiə" əsərində bu əsərlərə geniş yer ayırmışdır.

Hicri 3-cü əsrin alimlərindən Şeyx Bərqi (ö.274) də İbrahim Səqəfi ilə görüşmüşdür. "Şərhi Nəhcül Bəlağə" əsərinin müəllifi İbn Əbül-Hədid və Səfəvi dövrü alimi Əllamə Məclisi "əl-Ğarat" kitabından böyük iqtibaslar etmişlər.

İbrahim ibn Məhəmməd Səqəfi, o cümlədən: "Səfərlər kitabı", "Səqifə", "Dindən dönmə", "Osmanın öldürülməsi", "Şura", "Cəməl döyüşü", "Siffin", "Həkəmeyn (iki hakim)", "Əlinin öldürülməsi", "Tarix kitabı", "Bioqrafiya", "Yezidin xəbərləri", "İbn Zübeyr", "Osmanın xəbərləri", "Ömərin xəbərləri", "Əbdüllah əl-Mehdin oğulları Məhəmməd ən-Nəfs əl-Zəkiyyə və İbrahim", "əl-Ğarat" və.s kitabların müəllifidir.

əl-Ğarat (Basqın və talanlar) kitabı İbrahim ibn Məhəmməd Səqəfiyə şöhrətini gətirən kitab heç şübhəsiz "əl-Ğarat" adlı tarix kitabı olmuşdur. Əsərin mövzusunu Muaviyə və onun adamlarının Əli İbn Əbu Talibin xilafətinə qarşı çıxaraq onun torpaqlarına basqın və yağmaçı talanları əhatə edir. Bu hücumlar zamanı müsəlman əhalinin məruz qaldığı zorakılıqlar, maddi itkilər və sosial sarsıntılar müəllif tərəfindən geniş şəkildə təsvir olunur.İbrahim ibn Məhəmməd Səqəfi, əl-Ğarat, səh.3, Bakı, 2026. Əsər bu mövzuda yazılıb günümüzə çatan yeganə qaynaq kitab olması səbəbindən mühüm əhəmiyyətə malikdir.

O bu kitabda tarixi rəvayətləri istinadları ilə dəqiq şəkildə qeyd etmiş və bir çox xəbəri birdən artıq nəqllə çatdırmışdır. O bu əsərində İslamın ilk dövr tarixçilərindən Süleym ibn Qeys Hilaliİbrahim ibn Məhəmməd Səqəfi, əl-Ğarat, səh.138, Bakı, 2026. və digərlərindən rəvayətlər nəql etmişdir.

Bir çox tədqiqatçı İbrahim ibn Məhəmməd Səqəfinin "əl-Ğarat" əsərinin Nəhcül-Bəlağə ənənəsinin formalaşmasına zəmin yaratdığını qeyd edir.Şərif Rəzi, Nəhcül-Bəlağə, müqəddimə hissəsi

İstinadlar

Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:896-cı ildə vəfat edənlər Kateqoriya:Kufədə doğulanlar Kateqoriya:Şiə alimləri Kateqoriya:Şiəlik