İsfəndiyar xan və ya Asfandiyar xan anadan olanda İsfəndiyar Cürcü Bahadur (; ) — Xivə xanı. O, 1910–1918-ci illərdə Xivə xanlığına rəhbərlik edib. Xanlığı idarə edən Konqratlar sülaləsinin on ikinci hökmdarı olub.
Həyatı 1910-cu ildə atası II Məhəmmədrəhim xannın vəfatından sonra Xarəzmdə hakimiyyətə İsfəndiyar xan gəldi. Onun hakimiyyəti dövründə dövlətdə maarifpərvər vəzir — baş nazir Seyid İslam Xoca böyük rol oynayırdı. Onun vəsaiti hesabına Xivədə pambıqtəmizləmə zavodu, xəstəxana, aptek, poçt, teleqraf və dünyəvi məktəb tikilmişdi. İslam xoca daha sonra, 1913-cü ildə qətlə yetirildi.
İmperator II Nikolay İsfəndiyar xanı Müqəddəs Stanislav və Müqəddəs Anna ordenləri ilə təltif etdi. 1910-cu ildə İsfəndiyar xana Rusiya imperiyasının general-mayoru rütbəsi verildi. 1911-ci ildə o, Əlahəzrətin sülaləsinə (müşayiət qrupuna) daxil edildi. 1913-cü ildə isə imperator II Nikolaydan "Alihəzrət" titulunu aldı.
Rusiyadakı Fevral inqilabı Xivə xanlığına da öz təsirini göstərdi. 5 aprel 1917-ci ildə gənc xivəlilər İsfəndiyar xana islahatların keçirilməsi tələbini irəli sürdülər. Xan tərkibinə gənc xivəlilərin də daxil olduğu məclis adlı nümayəndəli orqan yaratmağı vəd etdiyi manifesti elan etməyə məcbur oldu. Xanın hakimiyyəti məhdudlaşdırıldı. Gənc xivəli Boboaxun Səlimov məclisin sədri seçildi.Гуломов Х. Г. Дипломатические отношения государств Средней Азии с Россией в XVIII — первой половине XIX века. — Ташкент, 2005.История Узбекистана. Т. 3. — Ташкент, 1993. Lakin sonradan vəziyyət kəskinləşdi və mürtəce qüvvələr üstünlük qazandı. Nəticədə gənc xivəlilərin hökuməti devrildi, manifestin gətirdiyi islahatlar isə ləğv edildi. Bu vaxt Xivəyə türkmən tayfasının başçısı Cüneyd xan qayıtdı. O, xanlığın silahlı qüvvələrinin komandanı təyin edildi və tezliklə bütün hakimiyyəti öz əlində cəmləşdirdi.
Mədəniyyət siyasəti İsfəndiyar xanın hakimiyyəti dövründə Xivədə yeni mədrəsələr və məscidlər tikildi. 1912-ci ildə İsfəndiyar xanın qəbul otağı inşa edildi. Bu Nurullabay sarayı kompleksində ayrı bir korpus idi və burada müxtəlif formalı bir neçə təntənəli zal, o cümlədən rus modernizmi ruhunda bəzədilmiş taxt-tac zalı yerləşirdi. İsfəndiyar xan bu sarayın tərtibat elementlərinin bir çoxunu Sankt-Peterburq İmperator Farfor Zavoduna sifariş etmişdi.
Fotoqraf və ilk özbək kinorejissoru Xudayberqan Divanov 1910-cu ildə İsfəndiyar xanın vəliəhd ilə birlikdə faytonla yola düşməsi haqqında ilk özbək sənədli kinosüjetini çəkdi.
İsfəndiyar xan Buxara xanı Əmir Seyid Alim xanla birlikdə 22 fevral 1913-cü ildə Sankt-Peterburqda inşa olunan ilk məscidin Sankt-Peterburq Cümə Məscidi açılışında iştirak edib.«Санкт-Петербургские ведомости», 23 февраля (8 марта) 1913, № 44, стр. 3
Ölümü 1918-ci ildə İsfəndiyar xan Nurullabay sarayında dövlət çevrilişi zamanı Cüneyd xanın adamları tərəfindən qətlə yetirildi və taxta onun böyük qardaşı Səid Abdulla xan oturduldu (o, nominal olaraq 1918–1920-ci illərdə hökmranlıq edib). Real hakimiyyət isə Cüneyd xanın əlinə keçdi.
Mükafatları 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1896);:ru:Список генералам по старшинству. СПб, 1914. "İmperator II Nikolayın tacqoyma mərasiminin xatirəsinə" medalı (1896); Əlahəzrət İmperator II Nikolayın brilyant venzeli (monoqramı) (1896); Brilyantlarla bəzədilmiş 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1900); Ağ Qartal ordeni (1911).
Qalereya
İstinadlar
Ədəbiyyat Гуломов Х. Г. Дипломатические отношения государств Средней Азии с Россией в XVIII — первой половине XIX века. — Ташкент, 2005. Гулямов Я. Г. История орошения Хорезма с древнейших времен до наших дней. — Ташкент, 1957. История Узбекистана. Т. 3. — Ташкент, 1993. История Узбекистана в источниках. Составитель Б. В. Лунин. — Ташкент, 1990. История Хорезма. Под редакцией И. М. Муминова. — Ташкент, 1976. Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Özbəklər Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Rusiya müsəlmanları Kateqoriya:Türküstan Kateqoriya:Xanlar Kateqoriya:Özbəkistan şəxsləri Kateqoriya:Tarixi şəxsiyyətlər