V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu — Bakıda fəaliyyət göstərən elmi-tədqiqat institutu. İnstitutun direktoru professor Adil Allahverdiyevdir.

Tarixi 1922-ci ildə Azərbaycanda ilk elmi-tədqiqat institutu olaraq yaradılmış və 100 ildən artıqdır ki, fəaliyyətinə davam etməkdədir. İkinci dünya müharibəsi illərində SSRİ-ni peyvəndlə təmin edən yeganə institut olmuş və uzun illər infeksion xəstəliklərlə mübarizədə mühüm işlər görmüşdür. İnstitut Respublikada bakterial, virus, göbələk və parazitar mənşəli yoluxucu xəstəliklərin elmi əsaslandırılmış diaqnostika, müalicə və profilaktika üsullarının işlənilib hazırlanması və tətbiq edilməsini həyata keçirən elmi-metodik mərkəzdir.

İstinadlar

Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları