Kafedral və Bazar: Təsadüfi bir inqilabçının Linux və Açıq Mənbə haqqında düşüncələri (; CATB) — Erik Reymond tərəfindən proqram təminatı mühəndisliyi metodları haqqında yazılmış və daha sonra kitab halına gətirilmiş esse. Bu əsər müəllifin Linux nüvəsinin (kernel) inkişaf prosesini müşahidələri və "fetchmail" adlı açıq mənbə layihəsini idarə etmə təcrübələrinə əsaslanır. O, aşağıdan yuxarıya və yuxarıdan aşağıya dizayn arasındakı mübarizəni araşdırır. Esse ilk dəfə Reymond tərəfindən 27 may 1997-ci ildə Almaniyanın Vürtsburq şəhərində keçirilən "Linux Kongress" tədbirində təqdim edilmiş, 1999-cu ildə isə eyniadlı kitabın ikinci fəsli kimi nəşr olunmuşdur.
Kitabın üz qabığındakı illüstrasiya Lyubov Popova tərəfindən 1913-cü ildə çəkilmiş "Fiqurlarla kompozisiya" adlı rəsm əsəridir və Tretyakov qalereyası kolleksiyasına aiddir. Kitab 1999-cu ildə Open Publication License v2.0 altında yayımlanmışdır.
Əsas tezis Esse iki fərqli açıq proqram təminatı inkişaf modelini müqayisə edir: Kafedral modeli — burada mənbə kodu hər proqram buraxılışı ilə birlikdə əlçatan olur, lakin buraxılışlar arasında hazırlanan kod yalnız məhdud bir proqramçı qrupuna açıq olur. GNU Emacs və GCC bu modelin nümunələri kimi təqdim edilir. Bazar modeli — burada kod internet üzərindən, ictimaiyyətin gözü qarşısında inkişaf etdirilir. Reymond bu prosesi Linux nüvəsi layihəsinin rəhbəri Linus Torvaldsa aid edir və onu bu yanaşmanın yaradıcısı kimi göstərir. Reymond həmçinin "Fetchmail" layihəsində bu modeli necə tətbiq etdiyinə dair şəxsi təcrübələrini də bölüşür.
Esseyin əsas tezisi Reymondun "kifayət qədər çox göz olduqda, bütün səhvlər səthi olur" fikridir (bunu Linus qanunu adlandırır): mənbə kodu ictimai test, yoxlama və təcrübə üçün nə qədər geniş əlçatan olarsa, bütün növ səhvlər bir o qədər tez aşkarlanır. Bunun əksinə olaraq, Reymond iddia edir ki, kafedral modelində səhvlərin axtarılmasına həddindən artıq çox vaxt və enerji sərf olunur, çünki proqramın işlək versiyası yalnız bir neçə tərtibatçı üçün əlçatandır.
Yaxşı açıq mənbə proqram təminatı yaratmaq üçün dərslər Reymond müxtəlif proqram təminatı inkişaf təcrübələrindən öyrənilmiş 19 "dərs"ə istinad edir və hər biri açıq mənbə proqram təminatının inkişafında yaxşı təcrübə ilə əlaqəli xüsusiyyətləri təsvir edir: Hər yaxşı proqram təminatı işi bir tərtibatçının şəxsi ehtiyacını (problemini) həll etməklə başlayır. Yaxşı proqramçılar nə yazmağı bilirlər. Möhtəşəmlər isə nəyi yenidən yazmaq (və təkrar istifadə etmək) lazım olduğunu bilirlər. Bir versiyanı atmağı planlaşdır; hər halda bunu edəcəksən (Frederik Filips Bruksun "Əfsanəvi insan-ay" əsərindən götürülüb). Əgər düzgün yanaşman varsa, maraqlı problemlər səni tapacaq. Bir proqrama marağını itirdikdə, ona qarşı son vəzifən onu bacarıqlı bir davamçıya təhvil verməkdir. İstifadəçiləri həmtərtibatçı kimi qəbul etmək kodun tez təkmilləşməsi və effektiv sazlama üçün ən az zəhmətli yoldur. Erkən burax. Tez-tez burax. Və müştərilərini dinlə. Kifayət qədər böyük beta-testçi və həmtərtibatçı bazası olduqda, demək olar ki, bütün problemlər tez müəyyən edilir və həll yolu kiməsə aydın olur. Ağıllı data strukturları və "axmaq" kod yanaşması, əksinə olan vəziyyətdən daha yaxşı işləyir. Əgər beta-testçilərini ən dəyərli resursun kimi görsən, onlar da özlərini sənin ən dəyərli resursuna çevirəcəklər. Yaxşı ideyaya sahib olmağın ən yaxşı alternativi istifadəçilərin yaxşı ideyalarını tanımaqdır. Sonuncu bəzən daha yaxşıdır. Çox vaxt ən diqqətçəkən və innovativ həllər problemin özü barədə təsəvvürünün yanlış olduğunu anlamaqdan yaranır. Dizaynda mükəmməllik, əlavə ediləcək heç nə qalmadıqda deyil, çıxarılacaq heç nə qalmadıqda əldə olunur. (Antuan de Sent-Ekzüperiyə aid edilir) İstənilən alət gözlənilən şəkildə faydalı olmalıdır, amma həqiqətən möhtəşəm alət gözlənilməyən istifadələrə də imkan verir. Hər hansı bir "gateway" proqram təminatı yazarkən, məlumat axınını mümkün qədər az pozmağa çalış — və alıcı məcbur etmədikcə heç vaxt məlumatı atma! Əgər konfiqurasiya dilin Turinq tamamlığından çox uzaqdırsa, sintaktik şəkər sənin dostun ola bilər. Təhlükəsizlik sistemi yalnız onun sirri qədər təhlükəsizdir. Saxta "sirlərdən" ehtiyatlı ol. Maraqlı problemi həll etmək üçün, əvvəlcə sənin üçün maraqlı olan problemi tap. Əgər inkişaf koordinatorunun kommunikasiya vasitəsi internet qədər güclüdürsə və o, məcbur etmədən idarə etməyi bacarırsa, çoxlu baş bir başdan daha yaxşıdır.
Qəbul edilməsi və irsi 1998-ci ildə bu esse Netscape Communications Corporation-un Netscape Communicator proqramının mənbə kodunu açıq etməsi və Mozilla layihəsinə başlaması üçün son təkanlardan biri oldu. Bu, Frank Heker və digər əməkdaşlar tərəfindən onun arqumentlərinin xarici, müstəqil təsdiqi kimi göstərildi. Netscape-in bu təsiri açıq şəkildə qəbul etməsi Reymonda haker mədəniyyətində şöhrət qazandırdı.
O’Reilly Media 1999-cu ildə kitabı nəşr etdikdə, o, Open Publication License altında nəşr olunmuş ilk tam, kommersiya məqsədli paylanmış kitablardan biri oldu.
Marşal Po öz "The Hive" adlı essesində Vikipediyanı Reymondun müəyyən etdiyi "bazar modeli" ilə müqayisə edir. Cimmi Vels özü də bu əsərdən (eləcə də İnternetdən əvvəl yazılmış əsərlərdə irəli sürülən arqumentlərdən, məsələn Fridrix fon Hayekin "Billiyin Cəmiyyətdə İstifadəsi" məqaləsindən) ilhamlandığını bildirərək deyir ki, "bu, mənə kütləvi əməkdaşlıq imkanını göstərdi".
1999-cu ildə Nikolay Bezroukov Erik Reymondun açıq mənbə proqram təminatı ilə bağlı baxışlarını tənqid edən iki esse nəşr etdi; ikinci esse "Kafedral və Bazara ikinci baxış" adlanırdı.Bezroukov, Open source software development as a special type of academic research: Critique of vulgar Raymondism" Accessed 23 may 2019.Bezroukov, A second look at The Cathedral and the Bazaar Accessed 23 may 2019. Bu yazılar Erik Reymond tərəfindən sərt reaksiyaya səbəb oldu.Eric S. Raymond, "Response to Nikolai Bezroukov "
Körtis Yarvinin "The Cathedral or the Bizarre" (Kafedral yoxsa Qəribəlik) adlı essesi isə ABŞ demokratiyasının sona çatmasını müdafiə edir və adı Reymondun essesinə istinadla qoyulmuşdur.
İstinadlar
Kateqoriya:1997-ci ilin esseləri Kateqoriya:1999-cu ilin qeyri-bədii kitabları Kateqoriya:ABŞ esseləri Kateqoriya:Kompüter elmləri kitabları Kateqoriya:Açıq proqram təminatı haqqında kitablar Kateqoriya:Proqram təminatı tərtibatı kitabları Kateqoriya:Proqram təminatı tərtibatı fəlsəfələri Kateqoriya:O'Reilly Media kitabları Kateqoriya:Azad proqram təminatı mədəniyyəti və sənədləri