"Moroccanoil" — mərkəzi ABŞ-nin Nyu-York şəhərində yerləşən, saç baxımı məhsulları istehsal edən İsrail kosmetika şirkəti. Müəssisə daha çox Avroviziya Mahnı Müsabiqəsinin sponsoru kimi tanınmışdır.
Tarixi Şirkət ilkin olaraq 2003-cü ildə mərakeşmənşəli İsrail biznesləri Mayk və Erik Sabaq qardaşları tərəfindən təsis edilmiş və öz məhsullarını Tel-Əvivin bərbərxanalarında satmağa başlamışdır. Daha sonra, 2008-ci ildə müəssisə brendin hazırkı Şimali Amerika nümayəndələri olan Karmen və Olef Tala satılmışdır. Bu şəxslər şirkətin əsasını özlərinin qoyduğunu iddia etdikdən sonra bir çox kütləvi informasiya vasitələri brendin mənşəyi barədə yanlış məlumatlar dərc etməyə başlamışdır.
Yarandığı gündən bəri "Moroccanoil" öz məhsullarını əsasən gözəllik salonlarına və müəssisələrə satmışdır. Şirkət 2024-cü ildən etibarən məhsullarını birbaşa istehlakçılara satmağa başlamışdır. Müəssisənin 500 əməkdaşı mövcuddur. Məhsulların böyük hissəsi Qüdsün şimalında yerləşən zavodda istehsal olunur və dünyanın qırxdan çox ölkəsində satışa çıxarılır.
Avroviziya Mahnı Müsabiqəsinə sponsorluğu "Moroccanoil" 2020-ci ildən bəri Avroviziya Mahnı Müsabiqəsinin əsas sponsorlarından biridir və hər il Avropa Yayım İttifaqına milyonlarla avro ödəyir. Bunun müqabilində şirkət Avropa musiqi yarışmasının media hüquqlarını əldə edir.
İstinadlar
Kateqoriya:2008-ci ildə yaranan şirkətlər Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsi