Daniel Jijka (; ) — Daniel adı ilə tanınan Çexiya müğənnisi, bəstəkarı və aktyoru. O, Çexiyanı Vyanada keçirilən 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Daniel "Crossroads" mahnısı ilə yarışmada 16-cı yeri tutub.

Həyatı Daniel Jijka 20 yanvar 2003-cü ildə Praqada anadan olub. 10 yaşından mahnı yazan ifaçı mövzu ilə bağlı belə deyib: "Təxminən on beş yaşım olanda, ilk mahnımı yazdıqdan sonra musiqi ilə peşəkar şəkildə məşğul olmaq istədiyimə qərar verdim — o zaman mahnı məni kifayət qədər qane etdi ki, onu peşəkar şəkildə yazdırım... Halbuki 10 yaşımdan bəri mahnı yazırdım. Həmişə sənətçi olmaq istədiyimi bilirdim və təxminən altıncı sinifdə Yaroslav Yejek Konservatoriyasında oxumaq qərarına gəldim. Lakin teatr da məni cəlb edirdi və bunun öhdəsindən necə gələcəyimi düşünürdüm. Sonda hər ikisini birləşdirmək və musiqili teatr üzrə təhsil almaq qərarına gəldim".

15 yaşından bəri vokal təlimi keçən ifaçı, səsini qorumaq üçün hər gün dərslərdə iştirərək məşq edib. 2026-cı ilin yanvar ayında Praqadakı Y.Yejek Konservatoriyasında "...populyar oxuma və bəstəkarlıq üzrə təhsil" alıb.

Karyerası Jijkanın indi-pop və pop/soul üslubunda olan debüt EP-sinin (mini albomunun) 2026-cı ilin avqust ayının sonlarına doğru buraxılması planlaşdırılıb. Albomun çıxmasına qədər bir neçə sinqlın yayımlanması nəzərdə tutulub. Bu EP ilk dəfə 2026-cı ilin yanvarında Praqada canlı olaraq ifa edilib.

Jijka, həmçinin televiziyada müxtəlif rollarda çıxış edib və vokal məşqçisi kimi fəaliyyət göstərib.

Avroviziya 11 mart 2026-cı ildə Jijkanın "Crossroads" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsi 2026-da Çexiyanın təmsilçisi olacağı elan edilib. Mahnı videoklipi ilə birlikdə təqdim olunub. Jijkanın və Viliam Bereş ilə birlikdə yazılan mahnının seçilməsi, Çexiya Televiziyasının studiyalarında keçirilən dinləmə mərhələsindən sonra üç ölkənin musiqi peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən edilib. "Crossroads" mahnısının yazılma prosesi təxminən il yarım çəkib və bu müddətdən sonra mahnının ərsəyə gəlməsi üçün daha altı ay vaxt sərf edilib.

"Crossroads" mahnısı insanın "...xəyali bir yolayrıcında dayandığı və növbəti yolu seçməli olduğu" anlarda nələr baş verdiyini tədqiq edir; bu mövzu əks olunma, illüziya və fraqmentasiya ideyalarına əsaslanan səhnə performansında da öz əksini tapıb. Səhnə tərtibatına "Crossroads" mahnısının klipini də çəkən Ruy Okamura rejissorluq edib. Səhnədə daim dəyişən perspektivlər yaradan dörd böyük hərəkətli güzgü paneli yer alıb ki, bu da insanın qərarlarının fərqli yollarını və mümkün nəticələrini simvolizə edib. Müğənninin güzgülərdəki təkrarlanan əksləri mahnının daxili mühakimə (introspektiv) ab-havasını və seçim anları ilə bağlı qeyri-müəyyənliyi daha da qabardaraq önə çıxarıb. "Bu güzgülərdə nə görürsünüz?" sualına Jijka: "Çoxlu... seçimlər, bir çox mümkün reallıqlar, bəlkə də insanı çıxılmaz vəziyyətə sala biləcək nəsə. Hansı tərəfə gedəcəyinizi bilmirsiniz, həyatda çoxlu seçimlər var", — deyə cavab verib.

14 may 2026-cı ildə ikinci yarımfinalda iştirak etdikdən sonra, o, 16 mayda keçirilən final mərhələsinə vəsiqə qazanıb. Finalın sonunda 25 iştirakçı arasında 113 xalla (münsiflərdən 104 xal və telesəsvermədən 9 xal) 16-cı yeri tutub. Onun finaldakı çıxışına bir neçə texniki problem təsir göstərib. Çexiya nümayəndə heyətinin yenidən çıxış etmək barədə rəsmi müraciət etməsinə baxmayaraq, onlara bu icazə verilməyib.

Diskoqrafiyası

Sinqlları Məlumatlar Apple Musicdən götürülüb.

Adı İl Album "Wrong" 2019 Albom olmayan sinql "Go On" 2020 "Airplane" "AIM" 2021 "Pierrot"(with Barbora Mochowa) 2023 "Talk" 2024 "23:23" 2025 "Never Felt Like Less" "Crossroads" 2026

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Çexiyanın "Avroviziya" təmsilçiləri