Eydan Kassar (; ) — EYDAN və ya AYDAN adı ilə tanınan Malta müğənnisi və bəstəkarı. O, Vyanada keçirilən 2026 Avroviziya Mahnı Müsabiqəsində Maltanı təmsil edib.
Həyatı Eydan Kassar böyük səhnəyə doğru ilk addımlarını 14 yaşından atmağa başlayıb. O, ilk dəfə 2015-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsində Maltanı təmsil etmək hüququ uğrunda mübarizə aparıb.ref name="Songs2"></ref> Lakin tamdəyərli musiqi karyerasına 2018-ci ildə "Malta Eurovision Song Contest" (MESC) milli seçim turunda iştirak etməklə başlayıb və "Dai Laga" mahnısı ilə Malta müsabiqəsində qalib gəlməyə çalışıb. Böyük səhnədəki bu debüt qalmaqalla nəticələnib; belə ki, ilkin olaraq orijinal bəstə kimi təqdim edilən mahnıda oğurlanmış bitdən (beat) istifadə olunduğu və bunun "Avroviziya" qaydalarını poza biləcəyi barədə şayiələr yayıldıqdan sonra mahnı yenidən işlənib və yenidən buraxılıb. Yenidən işlənməsinə baxmayaraq, "Dai Laga" seçim turunda yalnız 4-cü yeri tutub. Bundan sonra Eydan "X-Factor" şousunun Malta versiyasında iştirak edib.
2019-cu ildə o, "The Feeling" mahnısı ilə bütün dünyadakı Avroviziya azarkeşlərinin musiqi klubu olan "OGAE" musiqi müsabiqəsində Maltanı təmsil etməyə nail olub.
2021-ci ildə Eydan Kassar Maltanın "Mużika Mużika" festivalının iştirakçısı olub və bu dəfə dinləyicilərə "Naħseb Fik" sinqlını təqdim edib. Bu bəstə müğənninin diskoqrafiyasında Malta dilində olan ilk mahnı olub. Bir çoxları akkordların ardıcıllığının oxşarlığına görə bu mahnını "Clean Bandit" və Meyblin ifasındakı "Tick Tock" kompozisiyası ilə müqayisə etsələr də, Eydan özü plagiat faktını təkzib edib. İlin sonunda bu mahnının klipi "Lovin Malta Social Media Awards" müsabiqəsində "İlin musiqi videosu" nominasiyasında mükafat qazanıb.
2022-ci ildə Kassar ikinci dəfə "Malta Eurovision Song Contest" müsabiqəsində "Ritmu" mahnısı ilə iştirak edib və yekunda 2-ci yeri tutub. Buna baxmayaraq, mahnı üç həftə ərzində Malta radiosunun hit-paradlarında birinci yeri qoruyub, daha sonra isə Eydan bu mahnını ifa etmək üçün "Avroviziya-2022" şərəfinə təşkil olunmuş London partisinə dəvət alıb. Həmin ilin ikincisi kimi Eydan, həmçinin Turindəki Malta münsiflər heyətinin sözçüsü (bəyanatçısı) olub.
24 iyul 2022-ci ildə o, Florianada keçirilən "Isle of MTV 2022" festivalında "Naħseb Fik" və "Ritmu" mahnılarını ifa edib.
2023-cü ildə Kassar özünün bəstələdiyi "Reġina" mahnısı ilə Maltanın milli seçim turunda yenidən iştirak edib. Seçimin əsas favoritlərindən biri olmasına və mahnının Malta sinql çatlarında ikinci yeri tutmasına baxmayaraq, Eydan sosial şəbəkələrdə mahnısı haqqında paylaşdığı postlara görə MESC-dən kənarlaşdırılıb (bu cür paylaşımlar Maltanın PBS yayımçısının qaydaları ilə qadağan idi). Cavab olaraq Eydan PBS-i məhkəmə araşdırmaları ilə hədələyib.
Sonradan o, 2026 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil olunan "Malta Eurovision Song Contest" milli seçimində "Bella" mahnısı ilə dördüncü cəhdini edib və 268 xal toplayaraq qələbə qazanıb. O, Vyanada keçirilən "Avroviziya-2026" müsabiqəsində Maltanı təmsil edib. Eydan final mərhələsinə vəsiqə qazanıb və orada 89 xalla 18-ci yeri tutub.
Diskoqrafiya
Studiya albomları + Studiya albomlarının siyahısı Adı Təfərrüatlar This Is Aidan Buraxılış tarixi: 31 mart 2023 Leybl: Self-published Format: Musiqi yükləmə Cowboys Don't Cry Buraxılış tarixi: 20 March 2026 Leybl: Self-published Format: Musiqi yükləmə
Kiçik albomları + Mini albomları Adı Təfərrüatlar Wild, Wild, Wild Buraxılış tarixi: 7 mart 2025 Leybl: Self-published Format: Musiqi yükləmə
Sinqllar + Sinqlların siyahısı, seçilmiş siyahı mövqeləri, buraxılış ili və albom adı göstərilib Adı İl Çatlarda ən yüksək mövqe Albom Peak chart positions for singles in Maltese Domestic Airplay: "Mine": "The Feeling": "Somebody Like You": "Naħseb Fik": "24/7": "Ritmu": "Madam" and "Rip (Rest in Peace)": "Reġina": "Head & Mind": "Juliette": "Hero": "Sorry": "2x2": "Taste": "Bella": "Cowboys Don't Cry": "Pupa": "Strawberry": "Juliette" : "Rule the World" 2015 — — Albom olmayan sinql "Bon Bon" 2017 — — "Drums" — — "Dai Laga" 2018 — — "Mine" — 5 "The Feeling" 2019 — 1 "Somebody Like You" 2020 — 1 "Heart Emoji" 2021 — — ":en:Naħseb Fik" — 1 This Is Aidan "24/7" — 1 Albom olmayan sinql "Ritmu" 2022 — 1 This Is Aidan "Madam" — 2 Albom olmayan sinql "Rip (Rest in Peace)" 2023 — 1 This Is Aidan "Reġina" — 2 "Head & Mind" — 1 Albom olmayan sinql "Juliette" 2024 — 1Wild, Wild, Wild "Hero" — 1 "Sorry" — 1 "2x2"2025 — 2 "Taste" — 1Cowboys Don't Cry "Bella" 2026 1 1 "Cowboys Don't Cry" — 2 "—" siyahıya daxil olmayan və ya həmin regionda buraxılmayan buraxılışları bildirir.
Digər siyahıya alınmış mahnılar +Buraxılış ili və albom adını göstərən seçilmiş siyahı mövqeləri olan mahnıların siyahısı Adı İl Çatlarda ən yüksək mövqe Albom "Pupa" 20231 This Is Aidan "Strawberry"1 "Juliette" 2024 9 Albom olmayan sinql
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Maltanın "Avroviziya" təmsilçiləri