Rza Bərati () () — Papua-Yeni Qvineyada yerləşən Manus Adası Regional Prosessinq Mərkəzində sığınacaq axtaran şəxslərə qarşı təşkil edilmiş hücum zamanı qətlə yetirilmiş 23 yaşlı miqrant. Milliyyətcə İran kürdü olan Bərati Avstraliya ilə Papua-Yeni Qvineya arasında miqrasiya sazişinin elan olunmasından beş gün sonra, yəni 24 iyul 2013-cü ildə Avstraliyaya gəlmiş və həmin ilin avqust ayında Manus adasına göndərilmişdir."Manus violence: dead asylum seeker named as Iranian Reza Barati, 23 ", The Guardian 21 February 2014

İlkin məlumatlarda ölüm səbəbi "ağır kəllə-beyin travması" kimi göstərilmişdir, lakin "Cornall" tərəfindən aparılan təhqiqatın yekun hesabatında ölümün bir neçə nəfər tərəfindən döyülmə nəticəsində yaranan "ağır beyin zədələnməsi" və bunun ardınca baş verən ürəkdayanması səbəbindən baş verdiyi təsdiqlənmişdir. Hadisə ilə bağlı 2016-cı ildə iki Manus adası sakini qəsdən adam öldürmə maddəsi ilə məhkum edilmişdir, lakin cinayətdə iştirakı iddia edilən Avstraliya vətəndaşları məsuliyyətə cəlb olunmamışdır.

Həyatı Rza Bərati 1990-cı ildə İranın Kürdüstan bölgəsinə daxil olan Elam ostanının Lomar adlı kiçik şəhərində anadan olmuşdur. Universitetdə memarlıq sahəsi üzrə təhsil almış və yeni məskunlaşacağı ölkədə təhsilini mütləq başa vurmaq niyyətində olmuşdur. Xeyirxah xasiyyəti və ucaboylu, irigövdəli bədən quruluşuna görə dostları onu "mehriban div" adlandırmışdılar. Poem translated by Omid Tofighian.

Reaksiyalar Hadisədən sonra dövrün immiqrasiya naziri Skott Morrison bəyanatla çıxış etmiş, Bəratinin cənazəsinin Port-Morsbi şəhərinə aparılacağını, burada ekspertiza keçirildikdən sonra ailəsinin istəyi ilə nəşinin İrana qaytarılması üçün hökumət tərəfindən lazımi köməklik göstəriləcəyini bildirmişdir.

Sığınacaq axtaran şəxsin ölüm xəbərindən sonra Avstraliyada təşkil olunan 600-ə yaxın etiraz aksiyasında ən azı 15 000 insan iştirak etmişdir. 23 fevral 2014-cü ildə Sidney Şəhər Ratüşasının qarşısında toplaşan 4 000-dən çox Avstraliya vətəndaşı Rza Bəratinin xatirəsini anmaq üçün şamların yandırılması ilə müşayiət olunan aksiya keçirmişdir."Australians Hold Protests in Memory of Slain Iranian Reza Barati; Cambodia Considers Accepting Asylum Seekers ", International Business Times, 24 February 2014"Candlelight vigils held for slain asylum seeker Reza Berati who died on Manus Island ", ABC News, 24 February 2014

"Cornall Review" hesabatı və Senat təhqiqatı Hüquqşünas və Baş Prokurorluq Departamentinin keçmiş katibi Robert Kornall Rza Bəratinin ölümü ilə nəticələnən Manus adasındakı iğtişaşların başvermə şəraitini araşdırmaq və əsas diqqəti mərkəzdəki təhlükəsizlik idarəçiliyinə yönəltmək məqsədilə 2014-cü ilin fevral ayında təhqiqat rəhbəri təyin edilmişdir.Independent Reviews into Incidents at Offshore Regional Processing Centres: Review into the events of 16-18 February 2014 at the Manus Regional Processing Centre , Department of Immigration and Border Protection. Accessed 26 May 2014

2014-cü ilin may ayının sonlarında dərc olunan hesabatda "Cornall" Bəratini iğtişaşlarda iştirak etməyən "olduqca sakit bir insan" kimi xarakterizə etmişdir. Hesabatın yekununda Bəratinin bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülməsi nəticəsində ağır beyin zədələnməsi aldığı və bir neçə saat sonra vəfat etdiyi qeyd olunmuşdur.

2014-cü ilin dekabr ayında Avstraliya Senatı tərəfindən mərkəzdə baş verən üç günlük iğtişaşlarla bağlı aparılan təhqiqat nəticəsində məlum olmuşdur ki, Avstraliya hökuməti sığınacaq axtaran şəxsləri qorumaq öhdəliyini yerinə yetirə bilməmişdir. Həmçinin iğtişaşların sığınacaq müraciətlərinə baxılmamasından qaynaqlandığı və bunun əvvəlcədən proqnozlaşdırıla bilən bir hadisə olduğu təsdiqlənmişdir.

Həbslər və məhkəmə prosesi 2014-cü ilin iyul ayında Papua-Yeni Qvineya vətəndaşları olan bir təhlükəsizlik əməkdaşı və bir "Xilas Ordusu" işçisi həbs edilmiş, qəsdən adam öldürməkdə ittiham olunmuşdular. Cinayətlə bağlı daha üç şübhəlinin axtarışı davam etdirilmişdir ki, onlardan ikisi Avstraliya vətəndaşı olan təhlükəsizlik əməkdaşları idi. Həmin şəxslərə qarşı 11 fevral 2019-cu il tarixinə qədər hələ də rəsmi ittiham irəli sürülməmişdi.

19 mart 2016-cı ildə Papua-Yeni Qvineya Ali Məhkəməsi 29 yaşlı yerli sakinlər Lui Efi və Coşua Kaluvianı Rza Bəratinin qətlində təqsirli bilərək onların hər birini 10 il müddətinə azadlıqdan məhrum etmişdir. İttihama əsasən, Kaluvia Bəratiyə mismarlanmış taxta parçası ilə zərbələr endirmiş, Efi isə onun başına daş atmışdır. Cəza müddətinin beş ili şərti hesab edilmiş və istintaq dövründə həbsdə keçirdikləri müddət nəzərə alınmışdır.

Hakim Nikolas Kirriuom hökm çıxaran zaman bildirmişdir ki, Bəratinin qətlində hələ ittiham olunmayan digər şəxslər də iştirak etdiyindən və ittiham tərəfinin işi əsasən bir nəfər şahidin ifadəsinə söykəndiyindən müqəssirlərə daha yüngül cəza verilmişdir. Həmin şahid ifadəsində aralarında Yeni Zelandiya və Avstraliya vətəndaşları olan bir qrup mühafizəçinin Bəratiyə hücum etdiyini bildirmişdir. Hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməmiş, onlara tələ qurulduğunu iddia edərək günahsız olduqlarını müdafiə etmişdirlər. Manus adasında çalışan xarici ölkə vətəndaşlarının məsuliyyətdən kənarda qalması yerli sakinlər tərəfindən uzun müddətdir ki, ədalət sistemində ikili standartların mövcudluğu kimi tənqid edilirdi.

2020-ci ilin iyul ayında Avstraliya hökuməti və "G4S" təhlükəsizlik şirkəti, Manus adasının keçmiş mühafizəçisi Qrant Potter tərəfindən onlara qarşı qaldırılan iddianı məhkəmədənkənar razılaşma ilə həll etmişdirlər. Potter 2014-cü ildə mərkəzdə baş verən, bir miqrantın ölümü və 77 nəfərin yaralanması ilə nəticələnən iğtişaşlardan sonra özündə ağır psixoloji travmaların yarandığını iddia edirdi.

Mədəniyyətdə Sığınacaq axtaran bəstəkar bədii xadim Bəhruz Buçani tərəfindən saxlanma məntəqəsinin daxilində lentə alınan "Çauka, xahiş edirəm, bizə saatı de" adlı sənədli filmdə Bəratinin ölümünə dair ilk mənbədən şahid ifadələri yer almışdır.

İstinadlar

Kateqoriya:İran kürdləri