Çeske Budeyovitsə (, və ya ) — Çexiyada Cənubi Çexiya diyarının və eyniadlı Çeske Budeyovitse rayonunun inzibati mərkəzi olan şəhər.
Şəhərin əsası 1265-ci ildə Vltava çayı vadisinin mərkəzində, bu çayın Malşe çayı ilə qovuşduğu yerdə qoyulmuşdur.
Cənubi Bohemiya regionunun əhali baxımından ən böyük şəhəri olmaqla yanaşı, həm də bu regionun coğrafi və ticari mərkəzi, habelə Katolik Kilsəsinin yepiskopluq mərkəzidir. Cənubi Bohemiya Universiteti və Elmlər Akademiyası şəhərin mühüm ali təhsil və elm müəssisələridir.
Çeske Budeyovitsə tarixi olaraq XIII əsrdən etibarən şəhərdə fəaliyyət göstərən pivə istehsalı zavodları ilə şöhrət qazanmışdır. Şəhər bir zamanlar Müqəddəs Roma İmperiyası imperatorunun rəsmi pivə tədarükçüsü kimi tanınmışdır. Burada istehsal olunan "lager" tipli pivə "Budweiser Bier" (Budvays pivəsi) adı ilə məşhurdur. Budvays pivəsi Plzen şəhərində istehsal olunan "Pilsner" pivəsi ilə bərabər dünyada ən çox tanınan pivə markalarından biridir. Müasir dövrdə də Çeske Budeyovitsədə pivə istehsalı şəhər sənayesinin ən aparıcı sahələrindən biri hesab olunur.
Çexiyanın tarixi Bohemiya regionunda yerləşən Çeske Budeyovitsə şəhəri ilə ölkənin Moraviya regionunda yerləşən Moravske Budeyovitsə şəhərini bir-biri ilə qarışdırmamaq lazımdır.
İstinadlar
Həmçinin bax
Çexiya şəhərləri Cənubi Çexiya diyarı
Xarici keçidlər
Official tourist portal České Budějovice on the official tourist portal of the South Bohemian Region Official encyclopedy of České Budějovice České Budějovice on DiscoverCzech Travel Agency
Kateqoriya:Çexiya şəhərləri