İşıqfor ağacı () – İngiltərənin London şəhərində yerləşən ictimai heykəl. Ginnesin Rekordlar Kitabına ən böyük işıqfor heykəli kimi düşmüşdür.

Tarixi Heykəl 1998-ci ildə Londonun Kanari-Uorf rayonunda ictimai çirklənmə nəticəsində ölməkdə olan üç çinar ağacının birinin yerində quraşdırılmışdır və heykəltaraşı fransız Pyer Vivandır. Heykəl İctimai Sənət Komissiyaları Agentliyi tərəfindən keçirilmiş beynəlxalq müsabiqənin qalibi olmuşdur. 2005-ci ildə "Saga Motor Insurance" tərəfindən keçirilmiş bir sorğuda "İşıqfor ağacı" Britaniyadakı ən yaxşı yol qovşaqlarından biri seçilmişdir.

Heykəl 2011-ci ilin dekabrında ilk quraşdırdığı yerdən götürülmüş, yerli siyasətçi Qloriya Tienelin səylərindən sonra 2013-cü ilin noyabrında Poplar rayonunda yerləşən Billinsqeyt balıq bazarının yaxınlığında yerləşən yol qovşağında quraşdırılmışdır.

Xüsusiyyətlər Heykəlin hündürlüyü 8 metrdir və 75 işıqfor gözündən ibarətdir. Heykəldəki hər işıq kompüter tərəfindən idarə olunur. İşıqların əvvəlcə London Fond Birjasındakı hərəkətlərə əsasən yanması planlaşdırılsa da, bahalı olduğu üçün bu ideya baş tutmamışdır. Bəzi motosikl sürücüləri heykəli əsl işıqforla səhv salırlar. Buna baxmayaraq, heykəl yerli ikonalardan birinə çevrilmiş, turistlər arasında populyar olmuşdur.

Qalereya

İstinadlar

Kateqoriya:İşıqforlar Kateqoriya:1998-ci ilin heykəlləri Kateqoriya:Londonun görməli yerləri Kateqoriya:Açıq hava heykəlləri