Hüseyn İsgəndər oğlu Çəndirov (20 mart 1927, Qazax rayonu — 19 may 2004, Bakı) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı Hüseyn Çəndirov 1927-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Natamam orta təhsilini doğma kəndində almışdır. 1942-ci ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 15 yaşından müəllim kimi fəaliyyət göstərmişdir.

1949-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültənin riyaziyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə universitetin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında aspiranturaya qəbul olunmuşdur.

1958-ci ildə Bakıda akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə “Применение метода Фурье к исследованию некоторых нелинейных задач (01.01.02)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildə Tiflisdə “Смешанная задача для квазилинейных уравнений гиперболического типа (01.01.02)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Fəaliyyəti 1957–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrasında müəllim, hesablama mərkəzində şöbə müdiri, diferensial və inteqral tənliklər kafedrasında dosent vəzifələrində çalışmışdır.

1969-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində riyaziyyat kafedrasının müdiri olmuşdur.

Elmi fəaliyyəti Hüseyn Çəndirovun elmi tədqiqatları əsasən diferensial tənliklər, xüsusilə qeyri-xətti və kvazixətti hiperbolik tənliklərin tədqiqinə həsr olunmuşdur. O, 47 elmi məqalənin müəllifi olmuşdur.

Elmi rəhbərliyi O, 20-dən artıq namizədlik dissertasiyasına rəhbərlik etmişdir.

Vəfatı Hüseyn İsgəndər oğlu Çəndirov 18 may 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Həmçinin bax

Diferensial tənliklər Funksional analiz

Xarici keçidlər