Sara Engels (; ) — Almaniya pop müğənnisi və teleaparıcısı. 2-ci yer tutduğu "Deutschland sucht den Superstar" realiti-şousunun 8-ci mövsümünün finalçısı. Vyanada keçirilmiş "Avroviziya-2026" mahnı yarışmasında Almaniya təmsilçisi.
2020-ci ildə "Te Amo Mi Amor" mahnısı ilə İtaliyanı "Azad Avropa 2020" müsabiqəsində təmsil etmiş və 13-cü yeri tutmuşdur.
Musiqi fəaliyyəti 2009-2011-ci illər: "Almaniya superulduz axtarır" şousu Engels musiqi sahəsində fəaliyyətini "Almaniya superulduz axtarır" () şousunda iştirak etməklə başlamışdır. Məhz bu veriliş sayəsində müğənni ilk dəfə tamaşaçıların diqqətini çəkmişdir. Sara layihənin seçimlərində üç dəfə özünü sınamışdır. 2009-cu ildə baş tutan altıncı mövsümün müsabiqəsində 120 finalçının sırasına düşmüş, lakin televiziya tamaşaçılarının məhdud səsverməsi ucbatından ilk canlı yayımda iştirak edə bilməmişdir. 2010-cu ildə keçirilən yeddinci mövsümdə proqrama düşsə də, Oygen Flittnerlə duet oxuyandan sonra oranı tərk etmişdir. Sara 8-ci mövsümdə layihəyə qatılmış, lakin ilk buraxılışdan sonra şounu tərk etmişdir. Buna baxmayaraq, RTL telekanalının rəhbərliyi iştirakçı Nina Rixeli səhhəti ilə əlaqədar olaraq, şoudan uzaqlaşdırdıqdan sonra şouya qayıdaraq onu əvəzləmişdir.Nina Richel: «Ich bin froh, dass es vorbei ist» (15 March 2011)
Sonrakı canlı çıxışlarda Sara həmişə ən çox səs toplayan iki iştirakçıdan biri olmuşdur.DSDS-Sarah: «Dem Pietro tut das bestimmt weh». Promiflash. 1. Mai 2011, abgerufen am 17. November 2016. Eyni zamanda o, finala çıxan beşinci qadın iştirakçı kimi layihənin tarixinə düşmüşdür. Proqramın final günü — 7 may 2011-ci ildə ikinci yer tutmuşdur.
İfaçılıq fəaliyyəti 2025-ci ilin avqustunda Sara Engels "Strong Girls Club" adlı dördüncü studiya albomu işıq üzü görmüşdür. Buraya həm alman, həm də ingilis dillərində mahnılar daxil idi. O, alman albom çartlarında 53-cü yeri tutmaqla debüt etmiş və iki həftə müddətində bu yeri qoruyub saxlaya bilmişdir. Daha sonra 54-cü yerə enərək Engelsin bu günədək ən uğursuz albomuna çevrilmişdir. 2025-ci ilin noyabrında rejissor Baz Lurmanın 2001-ci ildə çəkdiyi eyniadlı filmi əsasında Kölndə hazırlanmış "Mulen Ruj!" müziklində Satin rolunu ifa etmişdir.
Sara Engels 2026-cı ilin fevralında "Fire" mahnısını "Avroviziya-2026" mahnı müsabiqəsinin milli seçimlərinə təqdim etmiş və qələbə qazanmışdır. Mahnı özündə müasir rəqslə popu dramatik, emosional xorla birləşdirir.
Şəxsi həyatı Sara Engels əslən italyandır. 2013-cü ilin martında Pyetro Lombardi ilə ailə qurmuş və soyadını "Engels"dən "Lombardi"yə dəyişmişdir. 19 iyun 2015-ci ildə onların Alessio adlı oğulları dünyaya gəlib. 2016-cı ilin oktyabrında ərindən boşandığını bəyan etmişdir.
2020-ci ilin noyabrında futbolçu Yulian Büşerlə nişanlanmışdır. Cütlük 2021-ci ilin mayında ailə qurmuşdur. 2 dekabr 2021-ci ildə onların qızı Solea anadan olmuşdur.
Diskoqrafiya Studiya albomları Adı Təfərrüatlar Çartlarda yüksək mövqeyi ALM AVS İSVR Heartbeat Buraxılış tarixi: 24 iyun 2011 Format: Rəqəmsal yükləmə, CD Leybl: Universal Music 2 5 13 Dream Team(Pyetro Lombardinin iştirakı ilə) Buraxılış tarixi: 22 mart 2013 Format: Rəqəmsal yükləmə, CD Leybl: Universal Music 33 37 69 Teil von mir(Pyetro Lombardinin iştirakı ilə) Buraxılış tarixi: 18 mart 2016 Format: Rəqəmsal yükləmə, CD Leybl: GoodToGo 35 27 35 Zurück zu mir Buraxılış tarixi: 4 may 2018 Format: Rəqəmsal yükləmə, CD Leybl: Universal Music 18 18 21 Im Augenblick Buraxılış tarixi: 23 aprel 2021 Format: Rəqəmsal yükləmə, CD Leybl: Ariola 8 16 24 Strong Girls Club Buraxılış tarixi: 22 avqust 2025 Format: Rəqəmsal yükləmə, CD Leybl: Ariola 53 74 — "—" işarəsi çartlara düşməyən, yaxud həmin ərazidə yayımlanmayan musiqi yazısını ifadə edir.
Sinqllər Ad İl Çartlarda yüksək mövqeyi Albom ALM AVS İSVR Call My Name 2011 2 2 2 Heartbeat I Miss You(Pyetro Lombardi ilə) 2 6 14 Only for You 33 47 — It’s Christmas Time(Pyetro Lombardi ilə) — 75 — Pietro Style Dream Team(Pyetro Lombardi ilə) 2013 41 60 65 Dream Team Nimmerland(Pyetro Lombardi ilə) 2015 32 28 — Teil von mir Nur mit dir(Pyetro Lombardi ilə) 2016 40 42 — Teil von mir(Pyetro Lombardi ilə) — — — Genau hier 2018 31 51 67 Zurück zu mir Te Amo Mi Amor 2020 11 24 42 Im Augenblick Zoom — — — Ich 2021 92 — — Love is Love — — — Mama(Petro Bazillə) — — — Albomdankənar sinql Gebe nicht auf 2022 — — — Albomdankənar sinql Ma Bonita(feat. Luka Henni ilə) — — — Albomdankənar sinql Gemeinsam stark (Mayk Zingerlə) 2023 — — — Ledibaq və Super-Pişik (saundtrek) Para siempre (Für immer) — — — Strong Girls Club Jemand(Coel Brendenşteynlə) — — — Für immer 2024 — — — Wie nie zuvor — — — Flieg mit mir — — — Albomdankənar sinql Mit Dir — — — Strong Girls Club tarke Mädchen — — — Ich bleib 2025 — — — Gimme! Gimme! Gimme!(Crystal Rock ilə) — — — Liebe gibt nie auf(DJ Herzbeat ilə) 2026 — — — Albomdankənar sinql Fire 75 — — Albomdankənar sinql "—" işarəsi çartlara düşməyən, yaxud həmin ərazidə yayımlanmayan musiqi yazısını ifadə edir.
Dəvətli ifaçı kimi Ad İl Çartlarda yüksək mövqeyi Albom ALM AVS İSVR Weekend(DJ Herzbeat və Sara Engels) 2019 83 — — Albomdankənar sinqllər Ich liebe nur dich(Pyetro Bazil və Sara Engels) 49 56 24 Albomdankənar sinqllər "—" işarəsi çartlara düşməyən, yaxud həmin ərazidə yayımlanmayan musiqi yazısını ifadə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya müğənniləri Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Almaniyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:Pop müğənnilər