Fədiyə bint Faruq (; ) — Misir və Sudan kralı I Faruqun qızı.

15 dekabr 1943-cü ildə Qahirədəki Abidin sarayında dünyaya gəldi. Atası Misir və Sudan kralı I Faruq, anası isə onun ilk xanımı çərkəz əsilli Fəridə xanımdır. Özündən yaşca böyük Fəryal və Fövziyyə adlı 2 bacısı vardı. Ancaq oğul varisi istəyən atasıyla anasının münasibətləri pisləşdi və cütlük 1948-ci ildə boşandılar. Boşanma əsnasında böyük bacıları atasıyla qalsa da, 5 yaşlı Fədiyə anasıyla birlikdə saraydan göndərildi. Atasının 1951-ci ildə Nəriman Sadiqlə evlənməsinin ardından ögey qardaşları Fuad dünyaya gəldi.

Atasının istəyilə Fədiyə və bacıları özəl saray təlim-tərbiyəsi aldı. 1952-ci il iyul inqilabının ardından digər ailə üzvləriylə birlikdə ölkədən sürgün edildi və İtaliyaya yollandı. Bu əsnada onun 9 yaşı vardı. Sürgün illərini Neapol, Kapri və Romada keçirdi. Bacılarıyla birlikdə 1954-cü ildə İsveçrədəki yatılı məktəbə göndərildilər. Bütün bu illər ərzində anasıyla məktublaşdı və onunla əlaqəsini heç vaxt kəsmədi. Burada təhsil aldığı illər ərzində rəsm dərsləri aldı və gələcək əriylə tanış oldu. Fransız, ərəb, ingilis, italyan və ispan dillərini öyrəndi və İsveçrə Turzim Nazirliyində çalışdı.

17 fevral 1965-ci ildə geoloq Pyer Alekseyeviç Orlovla evləndi. Bəy namizədi məşhur Orlov ailəsinə mənsub idi və evlilik səbəbilə İslamı qəbul edərək Səid adını aldı. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.

Mixail-Şamil Orlov (2 sentyabr 1966) Aleksandr-Əli Orlov (30 iyul 1969)

28 dekabr 2002-ci ildə Lozannada vəfat etdi. Cənazəsi Qahirəyə gətirildi və Əl-Rifai məscidindəki ailə məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

"The princess who chose exile". The National. 12 December 2009 "Princess Ferial Farouk". The Telegraph Egyptian princess dead, says family friend. Deccan Chronicle

İstinadlar

Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri