Əbül-Mudərrəb Kəb ibn Züheyr ibn Rəbiə (; ) — müxədrəm şair və səhabə. Onun "Qəsidətül-bürdə" adlı şeiri ilk dəfə 1748-ci ildə Lette tərəfindən Leyden şəhərində nəşr edilmiş və alman, türk, fars, latın, fransız, italyan dillərinə tərcümə edilmişdir.
Bioqrafiya Müzeynə qəbiləsindəndir. Atası Züheyr ibn Əbu Sülmə tərəfindən ona haqsızlıq edildiyini iddia edərək, öz qəbiləsindən ayrılıb, həyat yoldaşının qəbiləsi olan Qətəfana qoşulub.
Şairliyi atasından öyrənib və gənc yaşlarından şeir deməyə başlayıb. Şairliyini ərəblər arasında isbat etdikdən sonra, Təy, Qureyş və Xəzrəc qəbilələrinə qarşı baş vermiş döyüşlərdə iştirak edib.
Məhəmmədin peyğəmbərliyi dövründə ilk vaxtlar İslamı qəbul etməyərək onu tənqid etmək üçün şeirlər yazıb. Bundan sonra Məhəmməd onun öldürməsini əmr verib. Ölümdən qurtulmaq üçün qəbiləsinə sığınan Kəb ibn Züheyrin istəyi Müzeynə tərəfindən rədd edilib. Müsəlman olacağı təqdirdə bağışlanacağını öyrənən Kəb ibn Züheyr, 630-cu ildə Məhəmmədin yanına gedərək müsəlman olub və orada Məhəmmədi vəsf edən "Bənət Suəd" adlı qəsidəsini söyləyib. Qəsidəni bəyənən Məhəmməd ona öz Yəmən xirqəsini (bürdə) hədiyə edib. Bundan sonra "Bənət Suəd" adlı qəsidə "Qəsidətül-bürdə" olaraq adlandırılıb.
Kəb ibn Züheyr 645 və ya 647-ci illərdə vəfat edib.
İstinadlar Kateqoriya:Ərəb şairlər Kateqoriya:Səhabələr Kateqoriya:VII əsr ərəbdilli şairlər