Şəmsəddin Mütəllim oğlu Mütəllimov () — Fizika – riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
Həyatı Şəmsəddin Mütəllimov 20 may (10 may) 1941-ci ildə Siyəzən rayonunun Ağ Siyəzən kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə, yeddiillik təhsilini isə Xişkədar kənd məktəbində almışdır. Sonradan ailəsinin Siyəzən rayonuna köçməsi ilə əlaqədar təhsilini Cəfər Cabbarlı adına orta məktəbdə davam etdirmiş və 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetin) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika Elmi-Tədqiqat İnstitutuna göndərilmiş, 1965-ci ilin dekabrına qədər həmin institutun Dinamiki möhkəmlik laboratoriyasında baş laborant vəzifəsində çalışmışdır.
14 may 2026-cı ildə vəfat edib.
Elmi fəaliyyəti 1965-ci ilin dekabrında aspiranturaya qəbul olunan Mütəllimov Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Dalğa və qaz dinamikası kafedrasına ezam edilmişdir. 1969-cu ilin dekabrında namizədlik, 1988-ci ilin yanvarında isə Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir bölməsində doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq işi bərk cisimlə zərbə zamanı çevik rabitələrdə dalğa dinamikasının bəzi məsələlərinə həsr olunmuşdur.
1979-cu ilin fevralında Gəncədə Azərbaycan Politexnik İnstitutunun filialında Ali riyaziyyat kafedrasında baş müəllim kimi fəaliyyətə başlamış, 1982-ci ildən dosent, 1992-ci ildən professor vəzifəsində çalışmışdır. 1989–1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunun Mexanika fakültəsinin dekanı, 1990–1992-ci illərdə Tətbiqi riyaziyyat kafedrasının müdiri olmuşdur. 1992/1993-cü tədris ilində Azərbaycan Texnologiya İnstitutunun rektoru vəzifəsində çalışmışdır.
1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Riyaziyyat və Mexanika üzrə ekspert şurasının üzvü olmuşdur.
Əsərləri 80-dən artıq elmi məqalənin, bir neçə dərs vəsaitinin və metodiki göstərişin müəllifidir.
İstinadlar
Kateqoriya:Nyu-York Elmlər Akademiyasının üzvləri