thumb|260px|Müasir bədii qalereya interyeri.
thumb|260px|Vaşinqtondakı Milli İncəsənət Qalereyası.
thumb|260px|İncəsənət qalereyasının mərkəzi sərgi salonu.
İncəaənət qalereyası və ya bədii qalereya — təsviri sənət və vizual sənət nümunələrinin nümayiş etdirildiyi bina və ya xüsusi məkan. XV əsrin ortalarından etibarən Qərb mədəniyyətində qalereyalar böyük populyarlıq qazanmağa başlamışdır. Qalereyalarda rəngkarlıq (rəsm), qrafika (cizgi), heykəltəraşlıq, video-art, səs instalyasiyaları, performans, dekorativ-tətbiqi incəsənət, əl işləri və digər bədii kolleksiyalar nümayiş olunur.
İncəsənət dünyasının mühüm bir tərkib hissəsi olan müasir bədii qalereyalar əsasən iki növ sərgi təşkil edir: fərdi və kollektiv (müştərək). Fərdi sərgilərdə yalnız bir sənətkarın əsərləri ictimaiyyətə təqdim olunur. Kollektiv sərgilərdə isə qalereyanın sahəsindən və imkanlarından asılı olaraq, eyni vaxtda bir neçə müxtəlif rəssam və ya heykəltəraşın yaradıcılığı nümayiş etdirilir.
"Ağ kub" üslubu
"Ağ kub" () — kvadrat və ya düzbucaqlı formada dizayn edilən, hər cür bəzək və ornamentlərdən təmizlənmiş ağ divarlara, həmçinin adətən tavan hissəsində yerləşən vahid işıq mənbəyinə malik spesifik qalereya üslubuna verilən addır.
Bu üslubda olan məkanlar tipik olaraq parket və ya cilalanmış beton döşəməyə sahib olur. Məkandakı bu radikal sadəlik və neytrallıq, sərgilənən sənət əsərlərinin vizual olaraq ön plana çıxmasına və ətraf mühitdən təcrid olunaraq daha yaxşı qavranılmasına xidmət edir (bir növ çərçivə funksiyasını yerinə yetirir). Müasir incəsənət muzeylərində və şəxsi qalereyalarda bu memarlıq konsepsiyasından XX əsrin ortalarından etibarən standart sərgi modeli kimi geniş istifadə olunur.
İstinadlar
Həmçinin bax
Muzey İncəsənət muzeyi Sərgi
Kateqoriya:Təsviri sənətlərlə bağlı biznes Kateqoriya:Növlərinə görə bədii muzey və qalereyalar Kateqoriya:Müasir incəsənət qalereyaları