Apolonija Laurinoviça (; ) — Latviyalı siyasətçi və həkim. 1920-ci ildə o, Təsis Məclisinə seçilən altı qadından biri və Latviyada parlamentin ilk qadın üzvü olub. Həyatı Apoloniya Laurinoviça 2 avqust 1886-cı ildə Rusiya imperiyasının Kurlandiya quberniyasının Andrupene kəndində anadan olub. O, 1905-ci ildən 1917-ci ilə qədər Sankt-Peterburqda ibtidai məktəb müəllimi kimi çalışıb. Birinci Dünya müharibəsi illərində gimnaziyada dərs deyib və Latqaliya Qaçqınlarına Yardım Cəmiyyətinin fəaliyyətində yaxından iştirak edib.Latvijas Satversmes Sapulces stenogramu satura rādītājs Saeima

1917–1918-ci illər arasında Latqaliya Müvəqqəti Torpaq Şurasının üzvü olub. 1920-ci ildə Müəssislər Məclisinə keçirilən seçkilərdə Latqaliya Kəndli Partiyasından namizədliyini irəli sürüb.Apolonija Laurinoviča Latgales Dati O, qardaşı Jezups ilə birlikdə məclisə seçilən üzvlərdən biri olub. Bununla da o, ölkənin ilk parlamentinin beş qadın üzvündən biri (Aspaziya, Klara Kalniņa, Valeriya Seile və Berta Vesmane ilə birlikdə) kimi tarixə düşüb. Apoloniya Laurinoviça 1922-ci ilə qədər orada fəaliyyət göstərib.Sanita Osipova (2019) The Political Platform of the Latvian People’s Council of 17 November 1918 as the Founder of the Gender Equality Tradition in Latvia Within the Discourse of European Ideas on Gender Equality Juridiskā zinātne, pp96–109

1924–1927-ci illər arasında Apoloniya Laurinoviça Dauqavpils xəstəxanasında həkim kimi işləyib. 1924-cü ildən 1940-cı ilə qədər Dauqavpils Müəllimlər İnstitutunda anatomiya və fiziologiya fənləri üzrə mühazirələr oxuyub. 1926–1938-ci illərdə isə Dauqavpils Kalkunayi Uşaq Evinin direktoru vəzifəsində çalışıb.

O, həmçinin "Latgolas Škola" jurnalının redaksiyasında fəaliyyət göstərib. İkinci Dünya müharibəsi illərində mühacirətə getmiş və 1967-ci ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində vəfat edib. İstinadlar