Qafqaz əsiri () ― Sergey Bodrovun (ata) rejissoru, ssenari müəllifi və prodüseri olduğu 1996-cı il istehsalı film.

Məzmun Film 1994–96-cı illərdə baş vermiş I Rusiya-Çeçenistan müharibəsindən bəhs edir. Müharibədə çeçenlərə əsir düşən iki rus əsgəri ― Saşa (Oleq Menşikov) və İvan (oğul Sergey Bodrov) kəndlərin birinə aparılaraq axurda saxlanılırlar. Kənd əhalisi bunu bəyənməyib onların öldürülməsini istəsə də, kəndin ağsaqqallarından biri olan Abdul-Murad (Camal Sixarulidze) həmin əsirləri öz oğlunu xilas etmək üçün istifadə etmək istəyir. Abdul bunun üçün mübarizə apararaq Rusiya ordusuna müraaicət edir. Lakin hər şey o qədər də asan deyil…

Filmin heyəti

Film üzərində işləyənlər

Əsas heyət Filmin ideyası: Boris Giller Rejissor: Sergey Bodrov Ssenari müəllifləri: Arif Əliyev, Sergey Bodrov, Boris Giller Prodüserlər: Boris Giller, Sergey Bodrov Quruluşçu operator: Pavel Lebeşev Quruluşçu rəssam: Valeri Kostrin Bəstəkar: Leonid Desyatnikov Səs rejissoru: Yekaterina Popova-Evans Montajçılar: Olqa Qrinşpun, Vera Kruqlova, Alan Baril Filmin direktorları: Dmitri Qavrişenko, Valeri Tarmosin İcraçı prodüser: Boris Giller

Yardımçı heyət Yardımçı prodüserlər: Karolin Kavallero, Eduard Krapivski Geyim üzrə rəssam: Anna Mokaşeva Rejissor qrupu: İ. Tretyakova, S. Boquslavskaya, İ. Krastilevskaya Operator qrupu: S. Nauqolnıx, O. Juravlev, N. Brusov Rəssam-fotoqraf: Z. Debrebant Köməkçi səs operatoru: V. Maksimov Musiqi redaktoru: M. Blank Səsyazma üzrə səs operatoru: V. Kuznetsov Musiqi yazısı üzrə səs operatoru: Q. Papin Rusiya Dövlət kinematoqrafya simfonik orkestri, dirijor: S. Skripka Moskva hərbi dairəs qərargahının orkestri, dirijorlar: A. Kolotuşkin, A. Gerasimov Tarda solo: F. Çələbiyev Klarnetdə solo: İ. Fyodorov Qarmonda solo: R. Rəcəbov Rəssam-dekorator: İ. Morozov İşıq texnikləri briqadası: L. Podsuxski, V. Novikov Montaj qrupu: İ. Kolotikova, N. Qavrilyuk, E. Zaytseva, N. Mahalov, N. Alferova Rəng quruluşçusu: B. Maslennikova Neqativ montajçısı: T. Kalmıkova Video-mühəndis: Q. Averyanov Keyfiyyətə nəzarət müfəttişi: L. Jidkova Teleoperator: Nail Zaripov Pirotexniklər: P. Terexov, E. Şulenin Kaskadyorlar: V. Buxarev, D. Lifanovski Məsləhətçilər: Podpolkovniklər: Q. Qerexanov, K. Kibiyev Polkovnik: V. Butusov İnzibati qrup: Q. Pılkov, V. Myasnyankin, R. Həlimov, H. Hacısəidov Sürücülər: V. Kotov, E. Borisoqlepski Şəkil direktorları: Qalina Şadur, Valentin Karalyev

Rollarda

Baş rollarda Oleq Menşikov — praporşik Saşa Sergey Bodrov (oğul) — əsgər İvan Jilin Camal Sixarulidze — Abdul-Murad Suzanna Mehrəliyeva — Dina

Digər rollarda Aleksandr Budreyev — Həsən Valentina Fedotova — Jilinin anası Aleksey Jarkov — Maslov

Epizodik rollarda T. Kibiyev, Valeri Kostrin, Pavel Lebeşev, A. Levitski, Q. Kulayev, E. Borodina, D. Vişnyakova, T. Boropayeva, S. Feyzullayev, R. Xəlilov, R. Pirdamov, A. Həmzətov, İ. Ramazanov, X. Matuyeva, Z. Kuxmazova, R. Şeydayev, M. Xancanoğlu, R. Lətifov, p. Hacıbalayev, H. Hacıəli, M. Əhmədov, M. Hacıyev, J. Qaziyev, F. Şəkərəliyev, R. Abdulqədirov, N. Qaziyeva, Niyazik Həmdullayev, Alan Əmirov

Filmdə istifadə olunmuş musiqilər "Go down Moses" ― ifa: Lui Armstronq "Прощание Славянки" ― musiqi: Vasili Aqapkin, söz: Aleksandr Fedotov "Синий платочек" ― musiqi: Yeji Petersburski, söz: Mixail Maksimov "На сопках Маньчжурии" ― musiqi: ilya Ştrov, söz: Aleksey Maşistov, ifa: İvan Kozlovski "Пусня о погибшем брате" ― musiqi və söz: Rəcəb Rəcəbov

Filmlə bağlı məqamlar Rejissor Sergey Bodrov filmdə rol üçün əsl qafqazlı görünüşünə malik bir qız axtarırdı. Məktəblərin birində daha əvvəl aktrisa olmamış Suzanna Mehrəliyevanı görür və onu Dina rolunun ifaçısına çevirir. Film ruslarla çeçenlər arasında döyüşlərin baş verən yerlərdən 20 mil aralıda çəkilib. Yerli müsəlman partizanlar aktyor və çəkiliş heyətinin mühafizəçisi olmuşdur. Lakin həvəskar aktrisa Suzanna Mehrəliyevanın maaşını ABŞ dolları ilə aldığını öyrəndikdə bütün heyəti əsir götürülürlər. Bundan sonra heyət aktrisanın maaşını rus rublu ilə ödəməyə başlayır və çəkilişlər qaldığı yerdən davam edir. Film Lev Tolstoyun "Qafqaz əsiri" hekayəsinin yenilənmiş versiyasıdır. Abdul-Murad rolunun ifaçısı Camal Sixarulidze filmdə çeçen dilində yox, gürcü dilində danışır. Rejissor Sergey Bodrov, əvvəlcə, filmin çəkilişlərini Bosniyada etməyi düşünürdü. Filmdə Vanya rolunun ifaçısı Sergey Bodrov filmin rejissoru Sergey Bodrovun oğludur. Valentina Fedotovanın sonuncu filmidir.

Mükafatlar Film 14 nominasiyada mükafat almış, 7 nominasiyada isə namizəd olmuşdur:

Mükafatlar 1997 – "Nika" mükafatı: "Ən Yaxşı Bədii Film", "Ən Yaxşı Rejissor", "Ən Yaxşı Ssenari", "Ən Yaxşı Aktyor" kateqoriyalarında 1996 – "Kinotavr" Mükafatı: Ən Yaxşı Aktyor kateqoriyasında (Oleq Menşikov və Sergey Bodrov (oğul) arasında bölüşdürülmüşdür.) 1996 – Avropa Film Mükafatı: "Ən Yaxşı Ssenari"yə görə 1996 – Karlovı Varı Beynəlxalq Film Festivalı, "Kristal Qlobus" mükafatı (Sergey Bodrov (ata)) 1996 – Kann Film Festivalı, FIPRESCI Mükafatı

Namizədliklər 1997 – "Nika" mükafatı: "Ən Yaxşı Operator", "Ən Yaxşı Səs Montajı" kateqoriyalarında 1997 – "Oskar" mükafatı: "Xarici Dildə Ən Yaxşı Film" nominasiyası üzrə 1997 – "Qızıl Qlobus" mükafatı: "Xarici Dildə Ən Yaxşı Film" nominasiyası üzrə 1997 – "Peyk" mükafatına: "Xarici Dildə Ən Yaxşı Film" kateqoriyasında

Həmçinin bax Qafqaz əsiri və ya Şurikin yeni macəraları

İstinadlar

Xarici keçidlər Filmi izləyin Filmi izləyin

Kateqoriya:1996-cı ilin filmləri Kateqoriya:Çeçen münaqişəsi Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:Qazaxıstan filmləri Kateqoriya:Rusiya haqqında filmlər Kateqoriya:Rusiyanın dram filmləri Kateqoriya:Rusiyanın müharibə filmləri Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin rus dilli filmləri Kateqoriya:Dramatik müharibə filmləri