Marina Aleksandrovna Tumas ( ; ) — Belarus voleybolçusu, diaqonal hücumçu, Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası.

Bioqrafiyası Voleybolla 11 yaşında Minskdə həmkarlar ittifaqlarının Olimpiya ehtiyatları ixtisaslaşdırılmış uşaq-gənclər idman məktəbində məşqçi Nadejda Dunarın rəhbərliyi altında məşğul olmağa başlamışdır. 2001–2003-cü illərdə Minskin "QENİ" və "Slavyanka" komandalarında çıxış etmiş, onların tərkibində iki dəfə Belarus çempionatlarının bürünc mükafatçısı olmuşdur. 2003–2004-cü illərdə Türkiyənin "Yeşilyurt" komandasında, 2004–2006-cı illərdə isə yenidən "Slavyanka"nın heyətində çıxış etmiş və bu komanda ilə Belarus milli birinciliyinin qızıl medalını qazanmışdır.

2010-cu ildən etibarən 10 mövsüm ərzində Türkiyədə müxtəlif yerli komandalarda çıxış etmişdir. 2009-cu ildə "Fənərbaxça"nın heyətində ölkə çempionu olmuşdur. 2020–2022-ci illərdə Tunisdə "KF Kartaj" komandasında oynamış, bu komanda ilə iki dəfə ölkə çempionluğunu, Kubokunu və Superkubokunu qazanmış, 2021-ci ildə isə Afrika klub çempionatının qalibi olmuşdur. 2022-ci ildə "Minçanka" ilə müqavilə imzalayaraq Belarusa qayıtmışdır.

2001–2003-cü illərdə Belarusun yeniyetmə və gənclər milli komandalarında oynamışdır. Onların tərkibində qızlar arasında (2001-ci ildə) və gənclər komandaları arasında (2002-ci ildə) Avropa çempionatlarının bürünc medalını qazanmış, həmçinin 2003-cü ildə gənclər arasında dünya çempionatında iştirak etmişdir. 2003–2013-cü illərdə ölkənin əsas milli komandasında çıxış etmiş, onun tərkibində üç dəfə Avropa çempionatlarında (2007, 2009, 2013) və bir dəfə Avropa Liqasında (2011) iştirak etmişdir.

Oyun karyerası 2001–2002 — "QENİ" (Minsk); 2002–2003 — "Slavyanka" (Minsk); 2003–2004 — "Yeşilyurt" (İstanbul); 2004–2006 — "Slavyanka" (Minsk); 2006–2009 — "Fənərbaxça" (İstanbul); 2009–2010 — "Azərreyl" (Bakı); 2010–2013 — "İlbank" (İstanbul); 2013–2014 — "Beşiktaş" (İstanbul); 2014–2016 — "Qarşıyaxa" (İzmir); 2016–2017 — "Beylikdüzü" (İstanbul); 2017–2019 — "Karayolları" (Ankara); 2019–2020 — "TED Kolleclilər" (Ankara); 2020–2022 — "KF Kartaj" (Karfagen); 2022–2024 — "Minçanka" (Minsk); 2024 — "Lamiya"

Nailiyyətləri

Klub nailiyyətləri İkiqat Belarus çempionu — 2005, 2023; Belarus çempionatlarının 3 qat bürünc mükafatçısı — 2002, 2003, 2006. Belarus Kubokunun qalibi — 2023. Belarus Kubokunun gümüş mükafatçısı — 2022. Türkiyə çempionu — 2009; Türkiyə çempionatlarının ikiqat gümüş mükafatçısı — 2007, 2008. Türkiyə Kubokunun gümüş mükafatçısı — 2009. Azərbaycan Kubokunun qalibi — 2010. İkiqat Tunis çempionu — 2021, 2022. Tunis Kubokunun ikiqat qalibi — 2021, 2022. Tunis Superkubokunun ikiqat qalibi — 2020, 2021. CEV Çağırış Kubokunun gümüş mükafatçısı — 2014. Balkan Voleybol Assosiasiyası Kubokunun ikiqat qalibi — 2012, 2014. Afrika klub çempionatının qalibi — 2021.

Belarus yığması ilə Qızlar arasında Avropa çempionatının bürünc mükafatçısı — 2001. Gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı — 2002.

Fərdi 2001: Qızlar arasında Avropa çempionatının ən yaxşı blokçusu. 2023: Belarus Kubokunun ən dəyərli oyunçusu (MVP) — 2023.

İstinadlar

Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları