Aleksey Anatolyeviç Baqa ( ; ) — belaruslu peşəkar futbol məşqçisi və keçmiş oyunçu.

Hazırda Rusiya klubu "Leninqradets"in baş məşqçisidir.

Məşqçilik karyerası 2011-ci ilin əvvəlində karyerasını başa vurduqdan sonra Baqa köməkçi məşqçi kimi çalışmaq üçün BATE klubuna qayıtdı. 2018-ci ilin iyun ayında o, "BATE"nin baş məşqçisi təyin edildi və bu vəzifədə 2019-cu ilin dekabrına qədər qaldı. O, 2018-ci ildə "BATE" ilə birlikdə Belarus Yüksək Liqasının qalibi oldu.

2020-ci ilin yanvar ayında Baqa Litvanın A Liqasında çıxış edən "Jalgiris" klubunun yeni baş məşqçisi oldu.

21 yanvar 2021-ci ildə Baqa Aktöbe klubunun baş məşqçisi təyin edildi, lakin 5 may 2021-ci ildə bu vəzifəsindən istefa vermişdir.

30 dekabr 2021-ci ildə Baqa 2.5 illik müqavilə əsasında Sumqayıt klubunun yeni baş məşqçisi təyin olunmuşdur.

2023-cü ilin dekabrında o, Rusiyanın "Sokol Saratov" komandasının baş məşqçisi oldu. 18 noyabr 2024-cü ildə isə vəzifəsindən ayrıldı.

Şəxsi həyatı Alekseyin kiçik qardaşı Dmitri Baqa da peşəkar futbolçudur və "BATE" klubunda çıxış edir.

Uğurları

Oyunçu "BATE" Belarus Yüksək Liqası: 2002, 2006 Belarus Kuboku: 2005–06

Məşqçi "BATE" Belarus Yüksək Liqası: 2018

"Jalgiris" (Vilnüs) A Liqası: 2020

"Şaxtyor Saliqorsk" Belarus Yüksək Liqası: 2021 Belarus Superkuboku: 2021, 2023

İstinadlar

Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları Kateqoriya:BATE Borisov FK futbolçuları Kateqoriya:Belarus futbolçuları Kateqoriya:Sumqayıt PFK məşqçiləri Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri