Əl-Cəzirə () — Raşidi, Əməvi və Abbasilər xilafətlərinin vilayətlərindən biri, Mesopotamiyanın yuxarı hissəsini əhatə edən tarixi vilayət.
Etimologiyası Bu ərazi Dəclənin şərqi ilə Fəratın qərbindəki məhsuldar torpaqları əhatə etdiyindən buraya ərəb dilində "cəzirə" () deyilmişdir.
Tarixi Ərazinin ərəblərin əlinə keçməsi Ömərin dövrünə təsadüf etmişdir. 639-cu ildə Ömər Əbu Ubeydə ibn Cərraha məktub yollayaraq əl-Cəzirənin ələ keçirilməsi əmrini vermişdir. 639–640-cı illərdə qərb hissəsi, 641-ci ildə isə Əbu Musa əl-Əşari tərəfindən qalan hissələri də ələ keçirilmişdir.
Əməvilər və Abbasilər dövründə Cəzirə, bir müddətliyinə Azərbaycan və İrminiyə vilayətləri ilə də birləşdirilmişdir. Abbasilər dövründə bu vilayətin Bizansla sərhəd olması səbəbində buraya hərbçi keçmişi olan valilər təyin edilmişdir.
Əməvilər dövründə bu vilayət Harran, Mosul və Azərbaycan əyalətlərindən ibarət idi.
Bu ərazi Əməvilər və Abbasilər dövründə müxtəlif hadisə və mübarizələrə şahidlik etmişdir. Ərazinin vilayət kimi ləğvi isə Abbasilər dövrünə təsadüf etmişdir (940).
Müasir dövrdə Bu gün bu vilayətin ərazisi Türkiyə, Suriya və İraqın bir hissəsini əhatə edir. Belə ki, bu vilayətin qərbində Suriya, şimal-qərbində Qaziantep, Maraş və Malatya şəhərləri, şərqində Şərqi Anadolu, cənubunda isə İraq yerləşir.
İstinadlar